Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın tikilməkdə
olan Xondab (əvvəlki adı Arak) ağır su tədqiqat reaktorunun
vurulması barədə məlumatlı olduğunu bildirib.
"Reaktor istismarda olmayıb və nüvə materialı ehtiva
etmədiyi üçün radioloji təsir yoxdur. Hazırda AEBA-nın Xondab ağır
su istehsalı zavodunun zərbə aldığına dair heç bir məlumatı
yoxdur", - BMT-nin nüvə proqramlarına nəzarət
institutu X platfomasındakı paylaşımında yazıb.
İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi
isə AEBA-nı yalan hesabat hazırlamaqda ittiham edib və bildirib ki,
bu hesabat əsasında hazırlanan qətnamədən İsrail İrana hücumda
bəhanə kimi istifadə edib.
"Artıq gecdir, cənab
Qrossi"
Rafael Qrossinin "Bizim İranın nüvə silahı hazırlamaq istiqamətində
sistemli bir səylə məşğul olduğuna dair heç bir sübutumuz yoxdur"
şərhinə reaksiya verən İran XİN sözçüsü bu etirafın artıq gec
olduğunu deyib:
"Bu, artıq gecdir, cənab Qrossi. Siz bu
həqiqəti tamamilə qərəzli hesabatınızda gizlətmisiniz. Bu hesabat
E3 (Almaniya, Britaniya və Fransa)/ABŞ tərəfindən əsassız
ittihamlar əsasında qətnamə hazırlamaq üçün alətə
çevrilib".
İranlı rəsmi AEBA-nın baş direktorunu "nüvə silahlarının
yayılmasının qarşısının alınması rejiminə xəyanət etməkdə, İrana
qarşı başladılan müharibədə AEBA-nı tərəfdaşa çevirməkdə ittiham
edib.
İranın keçmiş xarici işlər naziri və vitse-prezidenti Cavad Zərif
də Qrossini məsuliyyətsizlikdə və yanlış hesabatda
günahlandırıb.
"Rafael Qrossinin məsuliyyətsiz və yanlış AEBA hesabatı Agentliyə
bərpaolunmaz ziyan vurub. Qrossi İsrailin təcavüzü nəticəsində
İranda günahsız insanların ölümü üçün bəhanə kimi istifadə olunan
bu hesabatda iştirakına görə cavab verməlidir" -
Zərif X sosial media hesabında yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415