Bolnisi Rayon Məhkəməsində Rövşən və Etibar İsgəndərovların yekun
məhkəmə iclası başa çatıb.
İclasda tərəflər, eləcə də Rövşən İsgəndərov yekun sözünü
deyib.
Onun sözlərinə görə, günahsızdır və seçkiləri saxtalaşdırmaq ona
lazım deyilmiş, çünki Sadaxlı sakinlərinin əksəriyyəti onsuz da
ona, “Gürcü Arzusuna” dəstək verir.
Hakim Vladimer Tsitlauri Rövşən İsgəndərovun çıxışından sonra
məhkəmə iclasını başa çatdırıb.
İşlə bağlı qərar sabah, 20 iyun tarixində elan olunacaq. Məhkəmə
iclası saat 13:30-a təyin olunub.
Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini
vəzifəsində çalışıb. İttiham tərəfinin iddiasına görə, o, Etibar
İsgəndərovun köməkliyi ilə 2024-cü il oktyabrın 26-da Sadaxlıda
yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd
edib.
Oktyabrın 26-da yayılan bir videoda Rövşən İsgəndərovun Etibar
İsgəndərovla birlikdə çox sayda səsvermə bülletenini qutuya atdığı
görüntülənib.
Hər iki şəxs oktyabrın 31-də saxlanılıb və barələrində həbs
qətimkan tədbiri seçilib.
İsgəndərovlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin seçki ilə bağlı
sənədlərin (seçici siyahıları, protokollar, bülletenlər, qeydiyyat
jurnalları və nəzarət vərəqləri) saxtalaşdırılmasını nəzərdə tutan
164-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415