Rövşən və Etibar İsgəndərovların məhkəmə qərarı 20 iyunda elan olunacaq
Bolnisi Rayon Məhkəməsində Rövşən və Etibar İsgəndərovların yekun məhkəmə iclası başa çatıb. İclasda tərəflər, eləcə də Rövşən İsgəndərov yekun sözünü deyib.

Onun sözlərinə görə, günahsızdır və seçkiləri saxtalaşdırmaq ona lazım deyilmiş, çünki Sadaxlı sakinlərinin əksəriyyəti onsuz da ona, “Gürcü Arzusuna” dəstək verir.

Hakim Vladimer Tsitlauri Rövşən İsgəndərovun çıxışından sonra məhkəmə iclasını başa çatdırıb.

İşlə bağlı qərar sabah, 20 iyun tarixində elan olunacaq. Məhkəmə iclası saat 13:30-a təyin olunub.

Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini vəzifəsində çalışıb. İttiham tərəfinin iddiasına görə, o, Etibar İsgəndərovun köməkliyi ilə 2024-cü il oktyabrın 26-da Sadaxlıda yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd edib.

Oktyabrın 26-da yayılan bir videoda Rövşən İsgəndərovun Etibar İsgəndərovla birlikdə çox sayda səsvermə bülletenini qutuya atdığı görüntülənib.

Hər iki şəxs oktyabrın 31-də saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

İsgəndərovlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədlərin (seçici siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqləri) saxtalaşdırılmasını nəzərdə tutan 164-cü maddəsi ilə ittiham irəli sürülüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google