Yaponiya Gürcüstan hökumətindən xahiş edib ki, Yaponiyanın
vətəndaşları üçün Gürcüstan ərazisində lisenziyalaşdırılmış onlayn
kazinolara çıxışı məhdudlaşdırsın.
Bu, Tokionun qeyri-qanuni onlayn qumar oyunlarına qarşı
genişmiqyaslı kampaniyasının bir hissəsidir.
Məsələ ilə bağlı Gürcüstan hökumətinin cavabı hələlik məlum
deyil.
Kyodo agentliyinin Yaponiyadakı hökumət mənbəsinə istinadən verdiyi
məlumata görə, bu cür müraciət daha yeddi ölkə və əraziyə də
göndərilib: Kanada, Kosta-Rika, Malta, Anjuanın adası (Komor
arxipelaqında), Kurasao (Niderland Krallığının tərkib hissəsi),
eləcə də Böyük Britaniyanın dənizaşırı əraziləri – Cəbəllütariq və
Men adası.
Yaponiyada xarici saytlarda qumar oyunlarında iştirak qanunsuz
sayılır, lakin hökumətin verdiyi məlumata əsasən, təkcə 2024-cü
ildə yapon vətəndaşlar beynəlxalq idman mərc oyunlarına təxminən
6,45 trilyon yen (təqribən 45 milyard ABŞ dolları) xərcləyiblər –
bu rəqəm yerli onlayn platformalarda qoyulan mərclərlə müqayisədə
beş dəfə çoxdur.
Məşhur şəxslərin və professional idmançıların onlayn kazinolarda
oynadığına dair xəbərlərin cəmiyyətdə narahatlıq doğurmasının
fonunda, Yaponiyanın parlamentinin aşağı palatası iyun ayında
qeyri-qanuni onlayn qumar oyunlarına qarşı qaydaların
sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yaponiyada hələ də onlayn qumar oyunlarının demək olar ki, bütün
formaları qadağandır – istisna yalnız lotereyalar, at yarışları,
motosiklet və kater yarışlarıdır. Yaponiya vətəndaşları üçün
əlçatan olan 40 populyar onlayn kazinonun təhlili göstərdi ki,
onların hamısı xaricdə lisenziyalaşdırılıb və yalnız 70%-i
Kurasaoda lisenziya alıb.