Gürcüstan Prokurorluğu Nika Melianı hakimin üzərinə su atmaqda
ittiham edib.
Meliaya qarşı Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi
ilə (məhkəməyə hörmətsizlik, hakimə hörmətsiz davranışla) ittiham
irəli sürülüb, bu maddə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutur.
“Keçirilmiş istintaq zamanı müəyyən edilib ki, cari
ilin 30 mayında, Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə
iclasında, təqsirləndirilən Nikanor Melia məhkəməyə hörmətsizlik
göstərib və bu, iş üzrə hakimin təhqir olunması ilə özünü göstərib.
Konkret olaraq, Nikanor Melia hakim İrakli Şvanqiradzenin üzərinə
su töküb, iclas zalından qovulduqdan sonra isə ona qarşı şifahi
təhqirlər edib”, - Prokurorluğun açıqlamasında
deyilir.
Prokurorluq məhkəmədən təqsirləndirilənə qarşı həbs qətimkan
tədbiri seçilməsini tələb edir.