Fəal Nino Dataşvili saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsində baş vermiş hadisə ilə bağlı,

xidməti vəzifənin icrası zamanı dövlət qulluqçusuna qarşı edilən hücum ittihamı ilə fəal Nino Dataşvili saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin 3-cü hissəsi üzrə aparılır.

9 may tarixində Tbilisi Şəhər Məhkəməsinin foyesində fəal Nino Dataşvili ilə məhkəmə mühafizə xidməti əməkdaşları arasında mübahisə yaşanıb. Mühafizəçilər Nino Dataşvilini məhkəmənin göstərişi ilə orada durmaq qadağan olunduğu üçün ərazini tərk etməyə sövq ediblər. Nino Dataşvili əvvəlcə şifahi müqavimət göstərib. Hadisəni əks etdirən videoda görünür ki, Nino Dataşvili məhkəmə binasından bir neçə mühafizəçi tərəfindən zorla çıxarılıb. Fəala qarşı irəli sürülən cinayət maddəsi cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bu hərəkətin təkrar, qrup şəklində, azyaşlının iştirakı ilə, partlayıcı vasitə, yanğına səbəb olan maddə və ya digər təhlükəli üsullarla törədilməsi isə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.





 

Print Email
FaceBook Twitter Google