Gürcüstan Patriarxlığının genişləndirilmiş Sinod Komissiyası
Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdeliani tərəfindən Kvemo
Kartli qubernatorunun
keçmiş müavini Qiorqi Şinçikaşviliyə qarşı Yepiskop Məhkəməsinin
hökmünün dayandırılmasını tövsiyə edib.
İyunun 19-da qəbul edilən qərarla bağlı məlumat iyunun 20-də
Patriarxlığın rəsmi “Facebook” səhifəsində dərc olunub.
“Bu il iyunun 19-da Gürcüstan Patriarxlığında Gürcüstan
Kilsəsinin Genişləndirilmiş Sinod Komissiyasının iclası
keçirilib.
Sinod Komissiyasının üzvləri Marneuli və Hucabinin yepiskopu Qiorqi
Camdeliani ilə bağlı son hadisələr barədə məlumatları
dinləyiblər.
Dinlənilənlərə əsasən, Genişləndirilmiş Sinod Komissiyası bütün
Gürcüstanın Katolik-Patriarxı II İliaya müraciət edib ki, bu il
iyunun 6-da Marneuli və Hucabi Yeparxiyasının Yepiskop Məhkəməsi
tərəfindən işlə bağlı digər təfərrüatlar aydınlaşdırılana qədər
çıxarılmış hökmün icrası dayandırılsın”, –
Patriarxlığın bəyanatında qeyd olunur.
Xatırlatmaq istərdik ki, Marneuli və Hucabi yepiskopu Qiorqi
Camdeliani Kvemo Kartli qubernatorunun keçmiş müavini Qiorqi
Şinçikaşvilini onu öldürməyə cəhddə ittiham edib. İyunun 6-da
Qiorqi yepiskop məhkəməsi keçirib, o, məhkəmədə həm hakim, həm də
zərərçəkən qismində çıxış edib.
Yepiskop məhkəməsi rahibə Tekla Kublaşvilinin ifadəsi əsasında
Qiorqi Şinçikaşvilini təqsirli bilib. O, qərarını rahibə Tekla
Kublaşvilinin ifadəsi ilə əsaslandırıb. Rahibənin iddiasına görə,
Şinçikaşvili onu yepiskopu zəhərləməyə məcbur edib.
Marneuli və Hucabi yepiskopunun ifadəsi əsasında Prokurorluq
Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə hazırlığı nəzərdə tutan
18,108-ci maddəsi ilə istintaqa başlayıb. Yepiskop Qiorqi
istintaqla əməkdaşlıq etməyəcəyini və ifadə verməyəcəyini
bildirib.
Yepiskop Qiorqi Camdeliani də rahibə Teklanın yeparxiyanı tərk
etdiyini və onunla daha əlaqə saxlamadığını bildirib. Jurnalist
Eliso Kiladze Kazbeqidəki ailə mehmanxanalarından birində rahibə
Teka Kublaşvilinin izinə düşüb. Kiladzenin sözlərinə görə, Marneuli
və Hucabi yepiskopu Qiorqi Camdeliani rahibəni gizlədir və ona nə
deyəcəyi ilə bağlı göstərişlər verir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415