Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Tbilisi,
Şida Kartli, Sameqrelo-Zemo Svaneti və İmereti polis idarələrinin
əməkdaşları tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu
silah və döyüş sursatı aşkarlanaraq götürülüb. Əməliyyat zamanı 7
nəfər saxlanılıb.
“Müxtəlif tipli odlu silah və döyüş sursatının qanunsuz əldə
edilməsi, saxlanması və daşınması faktları üzrə aşağıdakı şəxslər
saxlanılıb: 1963-cü il təvəllüdlü Z.Z., 1973-cü il təvəllüdlü Z.Ç.,
1982-ci il təvəllüdlü R.K., 1988-ci il təvəllüdlü R.Ş., 1967-ci il
təvəllüdlü M.T. və əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü
F.B. və 1972-ci il təvəllüdlü N.Ç.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində,
avtomobillərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı
müxtəlif növ odlu silah, döyüş sursatı – tapançalar, revolverlər,
ov tüfəngi, daraqlar, güllələr, eləcə də narkotik vasitələr maddi
sübut kimi götürülüb,” – deyə nazirliyin yaydığı məlumatda
bildirilir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı
maddəsinin 2-ci, 3-cü və 4-cü, 260-cı maddəsinin 3-cü və 265-ci
maddəsinin 2-ci hissələri üzrə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415