Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş
nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti
bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb", -
qərarda yazılıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-i saat
6:00-a qədər uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin
martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim
arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti
dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici
ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Halbuki,
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən
koronovirus pandemiyasının başa çatdığını açıqlayıb. Bir sıra
müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına
baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi,
iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər
Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlərdə
məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə
yozub.
Amma son həftələr İran və İsrail arasında silahlı toqquşmalarla
bağlı İrandan Azərbaycana icazəli şəkildə keçidə (xüsusilə xarici
vətəndaşlar üçün) şərait yaradılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat
etdiyi bildirilir. Azərbaycanda isə 830 mindən çox şəxsin bu virusa
yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma
son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.
ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını
açıqlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415