İyunun 23-nə keçən gecə Rusiya hərbi qüvvələrinin Kiyevə dron
zərbələri endirməsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir
girişi çöküb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində
ölənlər və yaralananlar var. Dağıntılar altında insanların ola
biləcəyi qeyd olunub.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko dördü
uşaq olmaqla 25 nəfərin yaralandığını bildirib. Onun sözlərinə
görə, paytaxtın Solomenski rayonunda səkkiz, Şevçenkovskidə isə 17
nəfər yaralanıb.
Daxili işlər naziri İqor Klimenkonun verdiyi məlumata görə, ən ağır
nəticələr Şevçenkovski rayonunda qeydə alınıb. Burada çoxmərtəbəli
yaşayış binasının bütün bir giriş hissəsi dağılıb.
"Hazırkı məlumata görə, dörd nəfər həyatını itirib.
Fövqəladə Hallar Xidmətinin əməkdaşları 10 nəfər yaralını xilas
ediblər. Məlumatlarımıza əsasən, dağıntılar altında hələ də
insanlar var", - o, "Telegram" hesabındakı paylaşımda
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415