Əmlak bəyannaməsinə əsasən, Marneuli meri Kənan Ömərov 2021-ci
ildən bu yana heç bir daşınan və ya daşınmaz əmlak əldə etməyib.
Marneuli meri 31 mart 2025-ci il tarixində yeni əmlak bəyannaməsi
doldurub.
Ömərovun doldurduğu əmlak bəyannaməsinə əsasən, merin Sabirkənddə
2016-cı ildə hədiyyə olaraq aldığı 100 993 kv.m. torpaq sahəsi
var.
Marneuli merinin həyat yoldaşı Samirə Balakişiyeva 2019-cu ildə
Tbilisidə 50 000 dollara 80,7 kvadratmetrlik mənzil alıb.
Balakişiyeva həm də Marneulidə Rustaveli küçəsindəki 196 kvadrat
metrlik ticarət sahəsinin ortaq sahibidir. Kənan Ömərovun əmlak
bəyannaməsinə görə, Balakişiyevaya bu yer 2017-ci ildə hədiyyə
edilib. Bəyannamədə hədiyyə verənin kimliyi göstərilməyib.
Marneuli merinin əmlak bəyannaməsində yalnız əməkhaqqı qrafasında
dəyişiklik edilib. Bəyannaməyə görə, Ömərov 2024-cü ildə Marneuli
meri olduğu müddətdə əməkhaqqı olaraq 64 159 lari 20 tetri
alıb.
Kənan Ömərovun əmlak bəyannaməsinə əsasən, onun həyat yoldaşı
Samirə Balakişiyeva 3 işdə çalışır. O, 2024-cü ildə “Geo Hospitals”
MMC-də həkim olaraq 12 693 lari 55 tetri alıb. Balakişiyeva eyni
tibb müəssisəsində yenə həkim kimi 6186 lari 68 tetri maaş alıb.
Samirə Balakişiyeva həmçinin, Sabirkənd 1 saylı ictimai məktəbində
mütəxəssis işləyir və 2024-cü ildə 6946 lari 56 tetri maaş
alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415