Prokuror Tornike Qoqeşvili, Mzia Amağlobelinin cinayət işindən
ekspertiza rəyinin çıxarılmasını tələb edib.
Onun sözlərinə görə:
"Təqdim olunmuş sənədi ekspertiza rəyi adlandırmaq
mümkün deyil. O, ekspertiza rəyi üçün zəruri olan tələblərə cavab
vermir. Sənəddə ekspert kimi göstərilən şəxs məhkəmə-tibbi ekspert
deyil. Bu dəlilin işə əlavə olunması mümkün
deyil."
Müdafiə tərəfinin vəkili Maia Mtsariaşvili isə prokurorun vəsatəti
ilə tanış olmaq üçün vaxt istəyib.
Onun sözlərinə görə, prokurorluq bu ekspertiza rəyinin iş
materiallarından çıxarılmasını əvvəldən tələb edirdi və Batumi
Şəhər Məhkəməsinin hakimi Viktor Metreveli bu vəsatəti təmin
etmişdi.
Lakin sonradan Kutaisi Apellyasiya Məhkəməsinin hakimi Malxaz
Okropilaşvilinin qərarı ilə bəzi sübutlar – o cümlədən həmin
ekspertiza rəyi – yenidən işə əlavə olunub.
Bu ekspertiza rəyini hazırlayan tibb eksperti Qivi Çxartișvili
2024-cü il yanvarın 12-də həm İrakli Dğebuadze, həm də Mzia
Amağlobeliyə ekspertiza aparmış və həmin rəyə əsasən Batumi
Məhkəməsində 16 may tarixində ifadə vermişdi.
Qivi Çxartișvilinin sözlərinə görə, İrakli Dğebuadzenin bədənində
heç bir obyektiv xəsarət izinə rast gəlinməyib, Mzia
Amağlobelininsə sol çiyin nahiyəsində qançırlar müşahidə olunub və
bu xəsarətin yaranma vaxtı, iş üzrə qeyd edilən tarixlə uyğun
gəlir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415