Saburtalo rayonunda iki nəfər bir-birini bıçaqlayıb

Tbilisidə, Saburtalo rayonunda iki nəfər bir-birini bıçaqlayıb.


"TV Pirveli"nin məlumatına görə, mübahisə Miskeviç küçəsində, binalardan birinin mənzilinin eyvanında baş verib. Hadisə yerinə polis cəlb olunub. Mövcud məlumata əsasən, yaralılar klinikaya aparılıblar.

Daxili İşlər Nazirliyi
bildirib ki, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə başlanılıb ki, bu da sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktını nəzərdə tutur.

Hazırda əlavə detallar məlum deyil.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google