Maka Boçorişvili Xorvatiyada Dubrovnik Forumunda iştirak edəcək

Nazirliyin məlumatına görə, “Gürcü Arzusu”nun xarici işlər naziri Maka Boçorişvili 11–12 iyul tarixlərində işgüzar səfərlə Xorvatiyada olacaq.

Verilən açıqlamaya əsasən, Boçorişvili Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radmanın dəvəti ilə 2025-ci il Dubrovnik Forumunda iştirak edəcək.

“Bu forum beynəlxalq dialoq üçün mühüm platformadır. Burada iştirakçılar regional, Avropa və qlobal çağırışlar, onların həlli yolları, geosiyasi dəyişikliklər və əməkdaşlığın
yeni imkanları barədə fikir mübadiləsi aparırlar.
Konfransda müxtəlif ölkələrin siyasi liderləri, xarici işlər nazirləri, ekspertlər, akademik dairələrin nümayəndələri və digər yüksək vəzifəli şəxslər iştirak edirlər,”
– deyə yayılmış məlumatda qeyd olunur.

Nazirlik bildirir ki, səfər çərçivəsində Maka Boçorişvilinin həmkar xarici işlər nazirləri ilə ikitərəfli görüşləri də planlaşdırılıb.


Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google