Böyük Britaniyanın xarici işlər naziri David Lammy, parlamentin
Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edərkən,
deputat Philip Brickell tərəfindən Gürcüstanla bağlı sualla
üzləşib. Brickell, “Gürcü Arzusu”nun bəzi üzvlərinin Böyük
Britaniyanın Virgin Adalarında gizli maliyyə aktivləri saxlaması
barədə suala aydınlıq istəyib.
Brickellin sualı və vurğuladığı məsələlər:
Philip Brickell, “Gürcü Arzusu”nu pro-Rusiya partiyası adlandıraraq
bildirib: “Siz illərdir Londonu dünyanın
antikorrupsiya paytaxtına
çevirmək üçün çalışırsınız və bu təqdirəlayiqdir.
Amma belə bir vəziyyətdə, Gürcüstanda hakim partiyanın liderləri,
vətəndaş cəmiyyətinə təzyiq göstərərkən və insan hüquqlarını
pozarkən, Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş
şirkətlərdən öz var-dövlətlərini gizlətmək üçün istifadə
edirlər.
Həmin adalar hələ də benefisiar sahiblərin açıq reyestrini yaratmaq
öhdəliyini yerinə yetirməyib.”
Brickell əlavə edib ki, 2018-ci ildə qəbul edilmiş sanksiya və pul
yuyulmasına qarşı qanuna baxmayaraq, bu reyestr 2020 və 2023-cü
illərdə də yaradılmayıb və sual verib: “Bu vəziyyət dünyaya hansı
mesajı verir?”
David Lammy bildirib ki, “Bu, çox pis bir mesajdır”.
O, əlavə edib ki, gələn il qanunsuz maliyyə axınları ilə bağlı
beynəlxalq konfrans planlaşdırılır. Gürcüstandakı korrupsiya
təcrübələrinə hələlik ətraflı bələd olmadığını, amma mütləq
araşdıracağını və məsələnin Britaniya Virgin Adaları qarşısında
qaldırılacağını bəyan edib.
• Transparency International – Gürcüstan bu ilin yanvarında
bildirmişdi ki, Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq
olunacağı təqdirdə, onun ailəsinə məxsus ofşor şirkətlərin böyük
hissəsi zərər görəcək.
• Bu şirkətlər əsasən Britaniyanın Virgin və Kayman adalarında
qeydiyyatdan keçib.
Britaniyalı deputat James McClure (Liberal Demokratlar) də “Azadlıq
Radiosuna” müsahibəsində bildirmişdi:
“İvanişvili üçün London təkcə sərvətini saxlamaq yeri deyil, o, öz
təbliğatını da buradan maliyyələşdirir. Bu, ciddi təhlükədir və biz
demokratik dövlət olaraq buna göz yummayacağıq.”
Britaniya hökumətinin reaksiyası:
1 iyul 2025 – Böyük Britaniyanın Xarici İşlər Nazirliyi,
Gürcüstanın Londondakı diplomatik nümayəndəsini çağıraraq:
Gürcüstan hakimiyyətinin Böyük Britaniya və digər tərəfdaşlara
qarşı əsassız ittihamlarına və açıq hücumlarına görə rəsmi etiraz
bildirmişdi.
11 iyun 2025 – Böyük Britaniya səfirliyi bəyan etdi ki, “Qrantlar
haqqında qanuna” dəyişikliklər səbəbilə, Gürcüstanda seçki
şəffaflığını dəstəkləyən bəzi planlaşdırılmış qrant proqramlarını
ləğv etmək məcburiyyətində qaldı.
12 iyun – Parlamentin spikeri Şalva Papuaşvili bu ləğvi belə şərh
edib:
“Britaniya səfirliyi təbliğat və radikallaşmanı
maliyyələşdirmək istəyirdi. İndi isə onların artıq razılıq alması
tələb olunur.”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415