Brüsseldə işgüzar səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa
İttifaqı Şurasının prezidenti Antonio Koşta
ilə görüşüb. Üçtərəfli görüşlə bağlı birgə mətbuat açıqlamasında
bildirilib ki, Aİ rəsmiləri Ermənistanın suverenliyi, ərazi
bütövlüyü və aparılan demokratik islahatlara dəstək ifadə ediblər:
"Avropa İttifaqı Ermənistana dayanıqlılıq və
uzunmüddətli inkişaf sahəsində dəstəyini təsdiqləyib və bu məqsədlə
indiyə qədər əhəmiyyətli maliyyə və texniki yardım ayırıb. "Global
Gateway" strategiyası çərçivəsində Aİ-nin Ermənistana yatırdığı
investisiyaların ümumi həcmi 2.5 milyard avroya
çatacaq".
Aİ, eyni zamanda, bu ölkədə informasiya ekosistemini dəstəkləmək və
müstəqil medianı gücləndirmək üçün 1.5 milyon avroluq yeni yardım
paketi elan edib.
Məlumatda görüş zamanı Cənubi Qafqazda sülh prosesinin müzakirəsinə
toxunulduğu da qeyd olunub.
"Prezident Koşta və Avropa Komissiyasının prezidenti
Fon der Lyayen Ermənistanın Cənubi Qafqazda sabitliyin təşviqi
istiqamətində atdığı addımları da yüksək qiymətləndiriblər.
Xüsusilə, Azərbaycanla sülh danışıqlarında davamlı şəkildə iştirakı
və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində
atılan addımlar vurğulanıb", - birgə açıqlamada
bildirilib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu
işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə
birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar
aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə,
tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin
razılaşdırıldığını açıqlayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415