Daxili İşlər Nazirliyinin sosial səhifəsində yazılıb ki, Vağzal
Meydanında baş verən bina uçqunu nəticəsində daha bir şəxs həyatını
itirib.
DİN-in məlumatına görə, hadisə yerində Fövqəladə Halların İdarə
Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri nazirliyin digər
bölmələrinin əməkdaşları ilə birlikdə axtarış işlərini davam
etdirirlər.
“Daxili İşlər Nazirliyi Tbilisidə, ‘Vağzal Meydanı’
yaxınlığında yerləşən yaşayış binasında baş vermiş uçqun faktı ilə
bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaqa
başlayıb.
Hazırkı dəqiq məlumata görə, baş vermiş uçqun nəticəsində 2 nəfər
həyatını itirib, bir nəfər isə xəsarət alıb və ona tibbi yardım
göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin
yanğınsöndürən-xilasediciləri və digər bölmə əməkdaşları fasiləsiz
rejimdə axtarış-xilasetmə işlərini davam etdirirlər. Təhlükəsizlik
tədbirləri çərçivəsində ərazi hasarlanıb”, – deyə
qurumun bəyanatında qeyd olunur.
Tbilisinin meri Kaxa Kaladze Stansiya Meydanındakı bina uçqununu
faciəvi hadisə adlandırıb.
Onun sözlərinə görə, binanın sakinlərinə söküntü və əvəzləmə
dövründə kirayəyə köçmək təklif olunub, lakin binadakı bütün
sakinlər bu təkliflə razılaşmayıb.
Kaladzenin qeyd etdiyinə görə, bələdiyyədə uçmuş binanın vəziyyəti
haqda məlumatlı idilər və bu bina təmirə yararlı deyildi.
“Təəssüf ki, faciəvi hadisə baş verdi, nəticədə 1 nəfər
həlak oldu və bir nəfərə tibbi yardım göstərilir.
Binaya gəlincə, qəza vəziyyətində idi, ona beşinci kateqoriyalı
qəza statusu verilmişdi və bu, bərpa olunmayan bina sayılırdı. Bu
barədə yerli sakinlər məlumatlı idi, Didube rayon idarəsində bir
neçə görüş keçirilmişdi.
Biz onlara təklif etdik ki, əvəzləmə proqramında iştirak etsinlər.
Bu proqram çərçivəsində biz həmin binanın sökülməsi və yeni binanın
tikintisini təmin edəcəkdik. Bilirsiniz ki, bu cür proqramların
həyata keçirilməsi üçün sakinlərin 100%-lik razılığı tələb olunur.
Təəssüf ki, bu razılığı əldə edə bilmədik. Bir neçə ailə razılaşdı
və onlar kirayəyə köçürüldü, lakin qalanları bu mərhələdə imtina
etdilər.
Qəza vəziyyətində olan binalar bələdiyyədə çoxdur. Təqdim etdiyimiz
proqram bu insanlara yeni bina tikilənə qədər kirayəyə köçmək
imkanı təklif edir”, – deyə Kaladze mediaya
bildirib.
DİN naziri Qela Qeladzenin sözlərinə görə, hadisə ilə bağlı
istintaq
Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə aparılır.
“Hadisə yerinə müvafiq polis qüvvələri ilə birlikdə
xilasetmə xidməti cəlb olunub, istintaq 240-cı maddə ilə
aparılır.
Bu mərhələdə təsdiqləyə bilərəm ki, yalnız bir nəfər klinikaya
aparılıb, vəziyyəti sabitdir və tibbi yardım alır. Həmçinin,
təsdiqləyə bilərik ki, yalnız bir nəfər həlak olub. Əgər ölənlərin
sayı artsa, bunu yaxın vaxtlarda sizə mütləq
bildirəcəyik”, – deyə o bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415