İvanişvilinin baş prokuroru Qiorqi Qvarakidzenin müavini
vəzifəsinə Qiqa Dzneladze təyin olunub.
Prokurorluğun məlumatına görə, Qiorqi Qvarakidze Qiqa Dzneladzeni
Prokurorluğun əməkdaşlarına təqdim edib.
Verilən məlumata əsasən, Qiqa Dzneladze Gürcüstanın Baş
Prokurorluğunda, Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və
Mərkəzi Kriminal Polis Departamentində istintaqın prosessual
rəhbərliyi üzrə departamentin rəhbəri vəzifəsini tutub.
“Qiqa Dzneladze Gürcüstan Prokurorluğunda fəaliyyətə
2007-ci ildə Tbilisi şəhərinin Köhnə Tbilisi rayon prokurorluğunda
təcrübəçi kimi başlayıb; Siqnaxi rayon prokurorluğunda prokuror
olub; Telavi rayon prokurorunun müavini, daha sonra Qurcaani rayon
prokurorunun müavini vəzifələrində çalışıb.
O, həmçinin Gürcüstanın Baş Prokurorluğunda – Daxili İşlər
Nazirliyinin ictimai təhlükəsizlik xidmətlərində, Dövlət Mühafizə
Xüsusi Xidmətində, Kəşfiyyat Xidmətində və Maliyyə Nazirliyində
istintaqın prosessual rəhbərliyi və operativ-axtarış fəaliyyətinə
nəzarət üzrə departamentdə prokuror vəzifələrində işləyib.
Daha sonra Gürcüstanın Baş Prokurorluğunun Maliyyə Nazirliyi üzrə
istintaqın prosessual rəhbərliyi departamentində prokuror, həmin
departamentin baş prokuroru və baş prokurorun müavini vəzifələrini
icra edib. Nəhayət, Gürcüstanın Baş Prokurorluğunun Maliyyə
Nazirliyi üzrə istintaqın prosessual rəhbərliyi departamentinin
rəis müavini olub,” – deyə qurumun yaydığı məlumatda
bildirilir.