Kobuletidə dənizdə 35 yaşlı kişi meyiti tapılıb
Kobuletidə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları dənizdə 35 yaşlı bir kişi meyitini aşkarlayıblar.

Gənc kişinin meyiti ekspertiza bürosuna təhvil verilib.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunublar.

Nazirlik "Interpressnews"a bildirib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.

Mövcud məlumata görə, kişi dənizdə iki gün əvvəl itib. Onun Quriya bölgəsindən olduğu bildirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google