Ukraynanın baş naziri Denis Şmıqal istefa verib. O, müdafiə naziri
postunu tutacaq.
D.Şmıqal 2020-ci ildən Ukrayna hökumətinə rəhbərlik edirdi.
Prezident Volodimir Zelenski yeni baş nazir postuna baş nazirin
müavini Yuliya Sviridenkonun namizədliyini təklif edib. O, eyni
zamanda, Şmıqalın müdafiə naziri postuna namizədliyini Ali Radaya
təqdim edib.
"Denis Şmıqalın zəngin təcrübəsi Ukraynanın müdafiə
naziri vəzifəsində mütləq faydalı olacaq. Məhz bu sahədə hazırda
ölkənin maksimum resursları cəmlənib və çox böyük məsuliyyət
var", - Zelenski bildirib.
Ukrayna mediasının yazdığına görə, müdafiə naziri Rustem Umerov,
ehtimal ki, ölkənin ABŞ-dəki səfiri postunu tutacaq. Ancaq bu
təyinat hələ rəsmi olaraq açıqlanmayıb.
İyulun 16-da Ali Radanın Şmıqalın istefasını qəbul edəcəyi, 17-də
isə yeni baş nazir üçün səsvermə keçirəcəyi gözlənilir.
Yeni kabinetin
vəzifələri
İyulun 15-də Sviridenko ilə görüşdə prezident Zelenski növbəti altı
ay üçün yeni nazirlər kabineti qarşısında müəyyən vəzifələr qoyub.
Onun sözlərinə görə, əsas prioritetlərdən biri Ukraynada xüsusilə
pilotsuz uçuş aparatları sahəsində yerli silah istehsalının
artırılmasıdır. Derequlyasiya aparmaq və ölkənin daxili iqtisadi
potensialını azad etmək də əsas məqsədlər sırasındadır.
Ukrayna konstitusiyasına əsasən, ölkə prezident-parlament
respublikasıdır və hökumət Ali Radada formalaşdırılmış çoxluq
tərəfindən qurulur. Ali Radada əksəriyyət prezidentin
tərəfdarlarından ibarət olduğu üçün, faktiki olaraq, hökumətə kadr
təyinatlarını prezident Zelenski müəyyən edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415