Daxili İşlər Nazirliyi narkotik cinayətinə görə 2 nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti Polis Departamentinin əməkdaşları öncədən razılaşdırılmış şəkildə bir qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz satışına yardım etmə ittihamı ilə Ukrayna vətəndaşları – 2005-ci il təvəllüdlü A.H. və 1995-ci il təvəllüdlü L.M.-ni saxlayıblar.

Bu cinayətlərə görə 20 ilədək
və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Hüquq-mühafizəçiləri saxlanılan şəxslərin üzərinə və yaşayış evlərinə baxış zamanı xüsusilə böyük miqdarda narkotik vasitələr – kokain və metadon maddi sübut kimi götürüblər.

İstintaq hərəkətləri nəticəsində polis tərəfindən, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar – yapışqan lentlər, polietilen torbalar və elektron tərəzi də aşkar edilərək götürülüb,”
– deyə rəsmi açıqlamada bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “b” və 3-cü hissəsinin “a” bəndləri, həmçinin 260-cı prima maddəsinin 5-ci hissəsinin “b” və 6-cı hissəsinin “a” bəndləri üzrə aparılır.

Mənbə: Tabula

Print Email
FaceBook Twitter Google