Tbilisidə odlu silahın qanunsuz daşınması və polisə müqavət göstərən 3 nəfər saxlanılıb
Tbilisidə odlu silah və döyüş sursatlarının qanunsuz daşınması, hüquq-mühafizə orqanlarına müqavimət göstərilməsi və istintaq zamanı yalan məlumat vermək faktları üzrə Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları üç nəfəri saxlayıblar.

DİN-in məlumatına görə, saxlanılanlar arasında 1988-ci il təvəllüdlü D.C. — əvvəllər qanunsuz silah daşıma ittihamı ilə məhkum olunmuş şəxs, həmçinin 1975-ci il tə
vəllüdlü İ.V. və 1995-ci il təvəllüdlü L.D. var. Hər üç şəxs əvvəllər məhkum olunub.

Cinayətlər 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Məlumata görə, patrul zamanı hüquq-mühafizəçilər D.C.-nin odlu silah daşıdığını aşkar ediblər. Axtarış zamanı D.C.-nin yanında olan İ.V. patrul inspektorlarına müqavimət göstərib. Hüquq-mühafizəçilər D.C.-dən odlu silah, daraq və patronlar maddi sübut kimi götürüblər.

Bundan başqa, istintaq zamanı məlum olub ki, hazırda ittiham olunan L.D. şahid qismində dindirildiyi vaxt ədalətin həyata keçirilməsinə mane olmaq məqsədilə hüquq-mühafizəçilərə yalan məlumat verib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (odlu silah və döyüş sursatlarının qanunsuz əldə olunması, saxlanması və daşınması), 353-cü (polisə müqavimət göstərilməsi) və 370-ci (yalan ifadə) maddələri üzrə davam edir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google