ABŞ prezidenti Donald Tramp birbaşa və ya dolayı yolla Rusiyadan
neft aldığı üçün Hindistandan idxala əlavə 25 faizlik gömrük rüsumu
tətbiq etməklə bağlı sərəncam imzalayıb. Hindistan Xarici İşlər
Nazirliyi (XİN) cavab olaraq bildirib ki,
"milli maraqları
qorumaq üçün bütün tədbirləri görəcək".
Hindistana münasibətdə əvvəllər 25 faizlik idxal rüsumu qüvvədə
idi. Bununla da, Hindistan mallarına ümumi
tariflər 50 faizə
yüksəldilib.
Tramp bu sərəncamı xüsusi elçisi Stiv Uitkoffun Moskvada Rusiya
prezidenti Vladimir Putinlə görüşündən qısa müddət sonra
imzalayıb.
"Hindistan nəinki böyük miqdarda Rusiya nefti alır, həm
də onun böyük hissəsini açıq bazarda böyük qazancla
satır", - Tramp avqustun 4-də özünün "Truth Social"
hesabında yazırdı.
"Ukraynada Rusiyanın döyüş
maşınından nə qədər insanın həlak olması onları
maraqlandırmır".
Elə həmin gün Hindistan ABŞ və Avropa İttifaqını (Aİ) Rusiya ilə
ticarətdə ikili standartlarda ittiham edib. Hindistan XİN-in
bəyanatında deyilir ki, Vaşinqton və Brüssel Rusiya ilə ticarəti
davam etdirir, baxmayaraq ki, onlar üçün bu,
"həyati
zərurət məsələsi deyil". Vurğulanır ki, ABŞ Co Baydenin
prezidentliyi dövründə qlobal enerji bazarlarının sabitliyini
möhkəmləndirmək üçün Hindistanın Rusiya neftini almasını
"aktiv şəkildə" təşviq edib. Aİ-nin Rusiya ilə
ikitərəfli ticarətinin miqyası Hindistanınkından daha yüksəkdir, -
XİN əlavə edir.
Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. Onun
əhəmiyyətli bir hissəsi neft məhsullarına çevrilir və sonra digər
ölkələrə göndərilir. Xüsusilə Hindistan Aİ-yə ən böyük neft
məhsulları ixracatçısına çevrilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415