Son 3 ayda Gürcüstandan 19 min tondan çox şaftalı və nektarin ixrac olunub – məhsul hansı ölkələrə göndərilib?
2025-ci il mayın 1-dən avqustun 3-dək olan dövrdə Gürcüstandan ümumilikdə 19,2 min ton şaftalı və nektarin ixrac olunub. Bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu müddət ərzində ixrac olunan şaftalı və nektarindən ölkə büdcəsinə ümumilikdə 23,4 milyon ABŞ dolları daxil olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə
ixrac həcmi 15 faiz (2,5 min ton), ixracdan əldə olunan gəlir isə 22 faiz (4,2 milyon ABŞ dolları) artıb.

Məlumata əsasən, şaftalı və nektarin aşağıdakı ölkələrə ixrac olunub:
Rusiya – 16 min ton
Ukrayna – 2,1 min ton
Ermənistan – 574 ton
Belarus – 313 ton
Latviya – 118 ton
Qazaxıstan – 18 ton
Polşa – 18 ton
Hesabat dövründə şaftalı və nektarinin orta ixrac qiyməti bir kiloqram üçün 1,22 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz yüksəkdir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google