İdxal edilən toyuq filesinin 47 faizi Çindən gətirilir – Çin məhsulunu kimlər Gürcüstana idxal edir?
Bu ilin ilk altı ayında – yanvar-iyun aylarında Gürcüstana ümumilikdə 19 min 939 ton toyuq filesi idxal olunub. Milli Statistika Xidmətinin "BusinessPressNews"un sorğusuna cavab olaraq təqdim etdiyi məlumata görə, bu məhsulun 47 faizindən çoxu – təxminən 9 min 472 tonu Çindən gətirilib. Bu həcmin dəyəri isə 16,76 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə isə ölkəyə
idxal olunan toyuq filesinin ümumi dəyəri 31,76 milyon dollardır.

Gürcüstana toyuq filesi əsasən hansı ölkələrdən gətirilir?

Statistika göstərir ki, cari ilin ilk yarısında Gürcüstana toyuq filesi əsasən aşağıdakı 5 ölkədən idxal olunub:
  • Çin – 16,76 milyon dollar dəyərində 9 472 ton;
  • Braziliya – 3,72 milyon dollar dəyərində 2 011 ton;
  • Fransa – 2,48 milyon dollar dəyərində 1 904 ton;
  • Niderland – 2,43 milyon dollar dəyərində 1 848 ton;
  • Almaniya – 1,50 milyon dollar dəyərində 1 151 ton.
Çindən Gürcüstana toyuq filesi kimlər tərəfindən idxal olunur?

"GeoStat"ın məlumatına əsasən, bu il Çin mənşəli toyuq filesini Gürcüstana əsasən aşağıdakı şirkətlər idxal edib:
  • "Vest Invest" MMC – 2006-cı ildə dövlət reyestrində qeydiyyatdan keçib. Direktor: İrakli Çaçava. Şirkətin bütün payları Tsisbedi Kartvelişviliyə məxsusdur;
  • "İzi" MMC – 2012-ci ildən fəaliyyət göstərir. Direktor: İrakli Geradze. Şirkətin bütün payları Yaqori Geradzeyə məxsusdur;
  • "Kasko 2015" MMC – 2015-ci ildən bazardadır. Direktor: Mamuka Mindiaşvili. Payların 70 faizi Levan Kaçarava, 30 faizi isə Levan Çioreliyə məxsusdur;
  • "Foodservice" MMC – 2018-ci ildə qeydiyyatdan keçib. Şirkət "Holding.G" MMC-yə məxsusdur, bu holdinqin isə 100 faizlik sahibi Arçil Gegenavadır;
  • "Geo Distribution Group" MMC – 2012-ci ildə təsis edilib. Direktor: Levan Tsiklauri. O, eyni zamanda şirkətin 60 faizlik payına sahibdir. Qalan 40 faiz isə Nodar Caparidzeyə məxsusdur.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google