Rusiyanın TASS agentliyinin yaydığı məlumata görə, Gürcüstan və
onun işğal altında olan Abxaziya bölgəsi bu yay gənc rus cütlükləri
üçün
ən çox seçilən xarici istirahət məkanlarının ilk onluğunda yer
alıb. Bu barədə məlumat “OneTwoTrip” adlı səyahət planlaşdırma
xidmətinin araşdırmasına əsaslanır.
Araşdırmaya görə, Gürcüstan populyarlıq reytinqində dördüncü yerdə
qərarlaşıb – Türkiyə, Yaponiya və Çindən sonra. İşğal olunmuş
Abxaziya
isə rus xidmətinin siyahısında ayrıca göstərilərək
yeddinci pillədə yer alıb.
Gənc rus cütlüklərinin xarici ölkələrdə etdiyi otel
rezervasiyalarına nəzər saldıqda, Gürcüstanın payı 7.5 faiz,
Abxaziyanın payı isə 4.5 faiz təşkil edir.
Ən çox üstünlük verilən ölkə isə Türkiyə olub – rus cütlüklərinin
ümumi xarici rezervasiyalarının 13.7 faizi bu ölkəyə aiddir. İkinci
yerdə 11.1 faizlə Yaponiya, üçüncü yerdə isə 8.8 faizlə Çin
qərarlaşıb.
Qeyd olunur ki, Gürcüstan və Abxaziyanın statistikası
birləşdirildikdə, bu göstərici 12 faizə yüksəlir. Bu isə onu
göstərir ki, Gürcüstan ümumi sərhədləri çərçivəsində gənc rus
cütlükləri üçün ikinci ən populyar yay istiqaməti sayılır və bu
göstərici ilə Yaponiya ilə yerləri dəyişir.
Gənc rus cütlükləri üçün bu yay ən populyar xarici istiqamətlərin
ilk onluğu belədir:
- Türkiyə – 13.7%
- Yaponiya – 11.1%
- Çin – 8.8%
- Gürcüstan – 7.5%
- Cənubi Koreya – 6.2%
- Vyetnam – 5.7%
- İşğal altında olan Abxaziya – 4.5%
- İtaliya – 4.4%
- Belarus – 3.6%
- Birləşmiş Ərəb Əmirlikləri – 3.5%
Araşdırmada həmçinin bildirilir ki, gənc rus cütlükləri bu yay
xaricdə otel bron etməyə daha qənaətcil yanaşıblar. Belə ki, orta
hesabla bir bron üçün ödənilən məbləğ 34 min 900 rubl (təxminən 437
dollar) təşkil edib. Bu göstərici 2024-cü ilin yayına nisbətən
azalıb – ötən il orta məbləğ 37 min 500 rubl (təxminən 469 dollar)
idi.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415