Yanvar-iyul aylarında daşınmaz əmlak sahibləri 344 milyon lari gəlir əldə ediblər
2025-ci ilin yanvar-iyul aylarında Gürcüstanda fiziki şəxslər mənzillərin, kommersiya və ofis sahələrinin icarəyə verilməsindən ümumilikdə 344 milyon lari gəlir əldə ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Gürcüstanın Gəlirlər Xidmətinin məlumatına görə, ölkədə daşınmaz əmlakın icarəsi mövsümi xarakter daşıyır. Məsələn, 2025-ci ilin yanvar ayında 23 min 900, iyul ayında isə artıq
28 min 300 nəfər icarədən gəlir əldə edib.

Statistikaya əsasən, icarə verən şəxslərin aylıq gəliri bu ilin əvvəlindən orta hesabla 49 milyon lari olub. Ən aşağı göstərici yanvarda qeydə alınıb – 44 milyon lari, iyulda isə bu rəqəm 52,1 milyon lari təşkil edib.

Qurumun açıqlamasına görə, icarə verənlərin orta aylıq gəliri 1835 lari, yəni təxminən 680 ABŞ dolları səviyyəsindədir. Lakin qeyd olunur ki, sistemdə icarəçilərin kateqoriyalara ayrılması aparılmadığından, bu məbləğ yalnız yaşayış sahələrinin deyil, həm də kommersiya və ofis məkanlarının icarəyə verilməsindən əldə olunan ümumi gəliri əhatə edir.

2024-cü ilin iyul ayında icarədən rəsmi gəlir əldə edənlərin sayı 26 min 300 nəfər idisə, 2025-ci ilin eyni dövründə bu rəqəm təxminən 2 min nəfər artaraq 28 min 300 nəfərə çatıb. Mütəxəssislər bu artımı həm də getdikcə daha çox icarəçinin icarə müqavilələrini rəsmi şəkildə qeydiyyatdan keçirməsi ilə əlaqələndirirlər.

“Galt & Taggart”ın məlumatına görə, 2025-ci ilin iyun ayında Tbilisidə mənzillərin kirayə qiyməti kvadrat metr üçün orta hesabla ayda 9.4 ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 9.9 dollar, 2023-cü ildə isə 11.4 dollar olub.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google