Tehran "Tramp yolu"na etirazını bildirib.
“İran, Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika
dəhlizinin inşasının qarşısını alacaq. Çünki bu dəhliz regionun
təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini
dəyişir”, – bunu "Tasnim" agentliyinə müsahibəsində
İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli
Əkbər Vilayəti bildirib.
O vurğulayıb ki, İran həmişə “Zəngəzur dəhlizi” adlandırılan
layihəyə qarşı çıxıb,
çünki bu, sərhədləri dəyişdirə, Ermənistanı
parçalaya və İranın regiona çıxış imkanlarını məhdudlaşdıra bilər.
Ə.Ə.Vilayətinin sözlərinə görə, Türkiyə və Azərbaycan bu planı daha
əvvəl irəli sürdükləri zaman, İran onu əngəlləməyə hazır olduğunu
göstərmək üçün ölkənin şimal-qərb sərhədlərində bir neçə hərbi
təlim keçirib.
XİN-in
bəyanatı
Bu hədələyici bəyanatdan öncə isə İran Azərbaycanla Ermənistan
arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayıb, bunu
regionda davamlı sülhün əldə olunması yolunda mühüm addım sayıb.
Tehran həmçinin öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici
müdaxilənin bölgənin təhlükəsizliyi və davamlı sabitliyi üçün
doğura biləcəyi mənfi nəticələrdən narahatlığını bildirib. İranın
Xarici İşlər Nazirliyi avqustun 9-da belə bir bəyanatla çıxış
edib.
İran özünün milli hüquq və maraqlarını qorumaqdan ötrü bütün
siyasi, hüquqi və iqtisadi tədbirləri görmək öhdəliyini bir daha
təsdiqləyir. Tehran vurğulayır ki, kommunikasiya yollarının
açılması və nəqliyyat əlaqələrinin bərpası yalnız qarşılıqlı fayda,
milli suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri
çərçivəsində və xarici müdaxilə olmadan gerçəkləşərsə, sabitlik,
təhlükəsizlik və iqtisadi inkişafa töhfə verə bilər.
Tehran 3+3 mexanizmini yada salır, regionda sülhün, sabitliyin
qorunması məqsədilə Azərbaycan və Ermənistanla əməkdaşlığı
ikitərəfli və regional təşəbbüslər, o cümlədən bu formatda davam
etdirməyə hazır olduğunu bildirir.
3+3 formatı Cənubi Qafqazın 3 ölkəsi üstəgəl Rusiya, İran və
Türkiyənin əməkdaşlığını nəzərdə tutur. Bu formatda bir neçə görüş
keçirilsə də, son illər intensiv əməkdaşlıq azalıb.
Azərbaycanla İran arasında da 2024-cü ilə qədər müəyyən gərginlik
olsa da, ötən ildən münasibətlərin düzəlməsinə dair qarşılıqlı
açıqlamalar verilib. Bununla belə, ötən ay İranla İsrail arasında
bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan
əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə
İran-İsrail münaqişəsində neytral olduqlarını deyirlər.
Bir müddət öncə İranın Ali Lideri Ayətüllah Əli Xameneinin baş
müşaviri “region daxilində və ya xaricindəki ölkələri” Azərbaycan
üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi
əldə etməyə çalışmağı dayandırmağa çağırıb.
Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh
müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin
iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar.
Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP
adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və
yurisdiksiyasını qoruyub saxlayacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415