Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi, Mərkəzi
Kriminal Polis, Patrul Polisi, həmçinin İmereti və Raça-Leçxumi
Polis Departamentlərinin əməkdaşları
bir həftə ərzində keçirdikləri əməliyyat və istintaq tədbirləri
nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatı aşkarlayıb.
Məhkəmə qərarı ilə ümumilikdə 11 nəfər saxlanılıb.
Nazirliyin açıqlamasında bildirilir ki, odlu silah və sursatın
qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, eləcə də
Gürcüstanın
gömrük sərhədindən qaydaları pozmaqla silah keçirilməsi
faktları üzrə saxlanılanlar arasında həm Gürcüstan, həm də Türkiyə
vətəndaşları var. Onlardan bəziləri əvvəllər də məhkum
olunublar.
Aparılan şəxsi axtarışlar, evlərdə, avtomobillərdə və həyətyanı
sahələrdə keçirilən baxış zamanı müxtəlif tipli odlu silahlar,
döyüş sursatı, tapançalar, revolverlər, ov tüfəngləri, daraqlar,
güllələr, həmçinin narkotik vasitələr maddi sübut kimi
götürülüb.
Qanunsuz silah və narkotik saxlama ittihamı ilə saxlanılan şəxsləri
8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. İş üzrə istintaq
Gürcüstan Cinayət Məcəlləsinin 214-cü, 236-cı və 265-ci prim
maddələri ilə aparılır.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415