Mixeil Saakaşvili: “ABŞ–Azərbaycan–Ermənistan razılaşması ilə yeni tranzit dəhlizi açılır – Gürcüstan, İran və Rusiya kənarda qalır”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan beynəlxalq razılaşma çərçivəsində Amerika Birləşmiş Ştatları 100 illik icarə əsasında Zəngəzur dəhlizini götürəcək. Onun sözlərinə görə, bu marşrut Avropadan Çinə gedən yeni tranzit yolunu açacaq və Gürcüstan, İran, eləcə də Rusiya bu yoldan kənarda qalacaq.

Saakaşvili hesab edir ki, Gürcüstanın tranzit
mərkəzi statusunu itirməsi Qərblə əlaqələrin qırılması və demokratik institutların zəifləməsinin nəticəsidir.

“Bu, Gürcüstan üçün son dərəcə ağır geosiyasi fəlakətdir. Mənim prezidentliyim dövründə ölkəmizin rifahı əsasən tranzit funksiyamıza, turizmə və Gürcüstanın ‘dünyada demokratiya mayakı’ kimi nüfuzuna əsaslanırdı. Bunlar xarici sərmayə üçün çox cəlbedici idi. Həmçinin geniş beynəlxalq əlaqələr və sürətli Avro–Atlantik inteqrasiya bizim təhlükəsizlik zəmanətimiz idi,” – deyə Saakaşvili qeyd edib.

O, bildirib ki, hazırkı hakimiyyətin addımları Gürcüstanı əsas tərəfdaşlarından təcrid edib və nəticədə ölkə tranzit imkanlarını itirir:

“Zəngəzur dəhlizi Avropadan Çinə uzanan yeni tranzit yolunu açır. Gürcüstan, İran və Rusiya isə bu marşrutdan kənarda qalır. Bu o deməkdir ki, ‘Qırmızı Körpü’ üzərində sanki dəmir pərdə enir və biz Moskva və Tehranla birlikdə siyasi uçuruma yuvarlanırıq.”

Saakaşviliyə görə, bu proseslər fonunda Lazika limanı layihəsi və Gürcüstanın digər limanlarının inkişafı mənasını itirir:

“Bunun nəticəsində ölkəmizin yeganə perspektivi əhalinin sürətlə ölkəni tərk etməsi və yoxsulluğun dərinləşməsidir. ABŞ və Avropa ilə strateji əlaqələrin qırılması bizi bu vəziyyətə gətirdi. İronik olan odur ki, bütün bunlar avqust müharibəsinin ildönümündə baş verir.”

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google