Marneulidə avtomobil “Liberty” bankının binasına çırpılıb (VİDEO)
Bu gün, 10 avqust tarixində Marneuli şəhərinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “KIA” markalı minik avtomobili idarəetməni itirərək “Liberty” bankının binasına çırpılıb.

Şahidlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, avtomobil bankın ön şüşələrini sındıraraq içəri girib. Qəza zamanı bankomat da zədələnib.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobilə və
bankın mülkiyyətinə ziyan dəyib. Qəza təxminən saat 21:00 radələrində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google