İşğal olunmuş Tsxinvalinin Rəsmi Propaganda Agentliyi РЕС xəbər
verir ki, “Gürcüstan rəsmi olaraq
2008-ci ildə Cənubi Osetiyaya qarşı müharibəni başlatmaqda
məsuliyyəti qəbul edib”.
Agentliyin məlumatına görə, 2008-ci ilin avqustunda Cənubi Osetiya
və Rusiya Federasiyasına qarşı Gürcüstan tərəfindən aparılan
tammiqyaslı hərbi aqressiyadan 17 il sonra, Tbilisidə bununla bağlı
rəsmi etiraf səsləndirilib. Cənubi Osetiya və Rusiya bütün bu
illər
ərzində bu addımı gözləyirmiş.
Gürcüstan parlamentinin plenar iclasında, keçmiş prezident Mixeil
Saakaşvilinin dövründə törədilmiş cinayətlərin araşdırılması üzrə
komissiyanın sədri Tea Tsulukiani 460 səhifəlik hesabat təqdim
edib. Hesabatda açıq şəkildə göstərilir ki, həmin dövrdə Gürcüstan
hakimiyyəti, Mixeil Saakaşvilinin rəhbərliyi ilə, Cənubi Osetiyanın
dinc əhalisinə qarşı aqressiv müharibəyə başlayıb.
Tsxinvalinin xəbər agentliyi həmçinin Tea Tsulukianinin peşəkar
fəaliyyətini vurğulayır:
“1975-ci ildə anadan olmuş Tea Tsulukiani ixtisaslı
hüquqşünasdır. O, Strasburqdakı Dövlət İdarəçiliyi Milli Məktəbində
magistr dərəcəsi alıb, Sart departamentinin prefektura ofisində,
Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb. 2010-cu ilin
fevralında Avropa İnsan Hüquqları Məhkəməsindəki işini tərk edərək
Gürcüstana qayıdıb. Burada o, ədliyyə və mədəniyyət naziri, eləcə
də vitse-prezident kimi fəaliyyət göstərib”, – deyə
РЕС bildirir.
Agentlik yazır ki, Tsulukiani komissiyası üçün maraqlı şəxslərlə
söhbətlər sərt, bəzən hətta çox sərt üsullarla aparılıb.
Hesabatdan sitatlar gətirən РЕС bildirir ki, sənəddə qeyd olunur:
Saakaşvilinin xarici qüvvələrin dəstəyinə ümid etdiyi və 2008-ci
ildə siyasi liderlərin Gürcüstan ordusunu müharibəyə cəlb etdiyi
vurğulanır.
Komissiyanın hesabatında xüsusi diqqət 8 avqust gecəsi Tsxinvalini
bombardmanına yönəldilib. Bu hadisə genişmiqyaslı hərbi
əməliyyatların başlanmasına səbəb olub.
Hesabatda vurğulanır ki, o dövrdə hakimiyyətə gəlmiş “Vahid Milli
Hərəkat” partiyasının deputatları PACE №1633 qətnaməsini
dəstəkləməklə məsuliyyəti dolayısı ilə qəbul ediblər, şəhərin
bombardmanını təsdiqləmiş və mümkün müharibə cinayətlərinə görə
məsuliyyəti ordularına yönəltməyə çalışıblar.
Hər halda, komissiyanın hesabatı rəsmi və yekun sənəd kimi
qiymətləndirilir. Sənəd göstərir ki, Cənubi Osetiya və Rusiyanın
mövqeyi düzgün olub və Rusiyanın Gürcüstanın aqressiyasına qarşı
həyata keçirdiyi sülh əməliyyatı tək mümkün cavab olub. Məqsəd isə
Cənubi Osetiya Respublikası və onun dinc əhalisinin zorakı məhv
edilməsinin qarşısını almaq olub.
Qeyd edək ki, Gürcüstan parlamentində “2003-2012-ci illərdə
fəaliyyət göstərmiş rejim və siyasi vəzifəli şəxslərin
fəaliyyəti”ni araşdıran komissiya yaradılıb. Komissiyaya Tea
Tsulukiani rəhbərlik edib. Komissiya 2008-ci il müharibəsi ilə
bağlı da iş aparıb. 1 sentyabr tarixində yayımlanan yekun hesabatda
isə qeyd olunub ki, 2008-ci ildə Gürcüstan ordusu müharibəyə
hazırlıqsız olan siyasətçilərin rəhbərliyi ilə, xarici qüvvələrin
dəstəyinə ümid edərək, Tsxinvali şəhərinə hücum edib və əsas döyüş
istiqaməti məhz bu şəhər seçilib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.