ABŞ prezidenti Donald Tramp sentyabrın 5-də "Truth Social"
şəbəkəsində Çin, Hindistan və Rusiya liderlərinin fotosunu
yerləşdirərək ona şərh yazıb.
"Görünür, Hindistan və Rusiyanı itirdik. Onlar dərin və
qaranlıq Çinin tərəfinə keçiblər. Onlara uzun və çiçəklənən birgə
gələcək arzulayıram!", – Tramp yazıb.
Fotonun bugünlərdə Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının
sammitində çəkildiyi görünür. Çin lideri Si Cinpin,
Rusiya
prezidenti Vladimir Putinlə birlikdə qapıdan çıxır, onların
arxasınca Hindistanın baş naziri Narendra Modi gəlir.
Media daha öncə Trampla Modi arasında konflikt olduğunu, Modinin
Vaşinqtondan gələn zənglərə cavab vermədiyini yazıb.
ABŞ bu yaxınlarda Hindistana əlavə tariflər tətbiq edib.
Rusiya prezidenti Vladimir Putinlə isə bu yaxınlarda Alyaskada
görüşüb, nəticələri "yaxşı" adlandırıb. Amma Tramp Ukrayna
müharibəsinin başa çatması yönündə irəliləyişə nail ola bilməyib.
Tramp son vaxtlar bir neçə dəfə Putindən məyus olduğunu deyib.
3 sentyabr
Trampdan Çinə mesaj: 'ABŞ-yə qarşı gizli planlar
qurarkən...'
ABŞ prezidenti Donald Tramp sentyabrın 3-də Çində keçirilən paradla
bağlı yazıb ki, əsas sual orada onun ölkəsinin Çinə dəstəyinin qeyd
olunub-olunmayacağıdır. O, İkinci Dünya müharibəsində çoxsaylı
amerikalının həyatını itirdiyini vurğulayıb.
"Əsas cavab gözləyən sual budur: görəsən, Çin Xalq Respublikasının
prezidenti Si Çinin AZADLIĞINI xarici işğalçıdan qorumaq üçün
Birləşmiş Ştatların göstərdiyi böyük dəstəyi və tökülən qanı qeyd
edəcəkmi? Çinin Qələbə və Şöhrət uğrundakı mübarizəsində çox sayda
amerikalı həyatını itirdi. Ümid edirəm ki, onların qəhrəmanlığı və
həyatlarını qurban verməsi anılacaq və
xatırlanacaq!", – Tramp "Truth Social" şəbəkəsində
yazıb.
Çinli həmkarına gözəl və unudulmaz bir bayram günü arzulayan ABŞ
lideri mesajını bu sözlərlə bitirir: "ABŞ-yə qarşı gizli planlar
qurarkən Vladimir Putinə və Kim Çen Ina səmimi salamlarımı
çatdırın".
ABŞ prezidenti "gizli plan" deyərkən nəyi nəzərdə tutduğunu
açıqlamayıb.
Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In
və bir sıra ölkələrin liderləri sentyabrın 3-də Pekində İkinci
Dünya müharibəsinin 80-ci ildönümünə həsr olunmuş parad qatılıblar.
Təhlilçilər bu tədbiri Çinin qlobal siyasi arenadakı yerini yenidən
formalaşdırmaq, özünü İkinci Dünya müharibəsindəki sonrakı
beynəlxalq nizamın qoruyucusu kimi təqdim etmək istəyi kimi
yozurlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.