Rusiyanın Ukraynanın şərqində bir kəndə "qəddar" hücumu 20 dinc
sakinin həyatına son qoyub.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib və beynəlxalq
ictimaiyyəti hücuma "uyğun reaksiya" verməyə çağırıb.
Zelenski deyib ki, sentyabrın 9-da Donetsk vilayətinin Yarova
kəndinə zərbə birbaşa insanları, sadə vətəndaşları hədəfə alıb.
Bu xəbərdən bir neçə saat öncə isə Moskva bildirib ki, Ukrayna
qüvvələri Donetskin Rusiya nəzarətində olan ərazilərinə dron və
raket hücumu edib. Həmin hücumlarda iki nəfər həlak olub.
"İlkin məlumata görə, ölənlərin sayı 20-dən çoxdur. Söz
tapmaq olmur...", – Zelenski sosial şəbəkə
paylaşımında yazıb.
Sentyabrın 9-da Londonda Ukrayna üzrə Əlaqələndirmə Qrupunun
toplantısı keçirilir. Həmin qrupa 50-dən çox ölkə, NATO üzvləri və
NATO-ya üzv olmayan bəzi tərəfdaşları daxildir.
Ukrayna Donetskin işğal altında olan hissəsini
vurub
Ukrayna qüvvələri şərqi Donetsk vilayətinin işğal altında olan
hissələrinə dron və raket zərbələri endirib. İki nəfər ölüb, 16
nəfər yaralanıb. Bunu vilayətə Rusiyanın başçı təyin etdiyi Denis
Puşilin deyib. Onun sözlərinə görə, Ukrayna Donetsk və Makyevka
şəhərlərində hədəfləri vurub.
İki zərbəyə azı 20 dronun cəlb olunduğu bildirilir.
Ukrayna rəsmiləri hücumları şərh etməyib.
Donetskin 75 faizi Rusiya qüvvələrinin nəzarəti altındadır, qalan
hissəsini də ələ keçirməyə çalışırlar
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 8-də axşam
videomüraciətində deyib ki, Rusiya qüvvələri Ukraynanın enerji
sektoruna hücumları gücləndirir.
"Əlbəttə, buna cavab verir və verəcəyik, amma əsas
məsələ sistemin sabitliyidir", – o vurğulayıb.
ABŞ prezidenti Donald Tramp həftəsonu deyib ki, Rusiyaya
sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdır.
Sentyabrın 8-də isə Aİ-nin sanksiyalar üzrə baş rəsmisi bir qrup
ekspertlə Vaşinqtona gedib. Onlar Rusiyaya qarşı blokun və
Vaşinqtonun ilk addımlarını müzakirə edəcəklər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.