Ətraf Mühit üzrə Milli Agentlik Tbilisi–Rustavi magistral
yolunun 2-ci hissəsinin istismar şərtlərində dəyişikliklərlə bağlı
qəbul edilmiş skopinq rəyini qüvvədən düşmüş elan edib.
Sənədlərdən aydın olur ki, Ətraf Mühit üzrə Milli Agentliyinə bu
rəyin qüvvədən salınması barədə 1 sentyabrda layihəni icra edən
Bələdiyyə İnkişaf Fondu müraciət edib.
Qüvvədən düşmüş elan olunan skopinq rəyi Tbilisi–Rustavi avtomobil
yolunun Poniçala hissəsinin yenilənmiş layihə ilə inşasını nəzərdə
tuturdu. Əvvəlki layihə əhalinin etirazına görə 2019-cu ildə
dayandırılmışdı.
Məlumat üçün bildirək ki, Tbilisi–Rustavi magistral yolunun 2-ci
hissəsinin istismar şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət
bu ilin mart ayının sonunda Agentliyə təqdim olunub. Mövcud
layihəyə əsasən, həmin hissə
Poniçala ərazisindən keçməli idi.
Layihə çərçivəsində 6,8 km uzunluğunda şəhər yolunun
modernləşdirilməsi nəzərdə tutulurdu. Bu, Kür çayı sahilində yeni
avtomobil yolunun tikintisini və mövcud ikizolaqlı yolun dörd
zolağa qədər genişləndirilməsini əhatə edirdi.
Skopinq rəyi ilə verilmiş əsas dəyişiklik Poniçalanın kənarından
keçməsini nəzərdə tuturdu.
Xatırladaq ki, bu layihə Tbilisi–Qırmızı Körpü (Azərbaycan sərhədi)
yolunun bir hissəsidir. Layihə bir neçə lota bölünüb. Qeyd olunan
Poniçala–Rustavi layihəsi yolun ikinci hissəsini təşkil edir.
Həmçinin qeyd edilməlidir ki, Tbilisi–Rustavi avtomobil yolunun 17
km-lik hissəsinin artıq tamamlanmış 13,5 km-i ilə nəqliyyat
vasitələri 2018-ci ildən istifadə edir.
Bundan əlavə, Tbilisi–Qırmızı Körpü avtomobil yolunun başqa bir
hissəsinin inşası üçün Bələdiyyə İnkişaf Fondu ötən ilin iyun
ayında tender elan edib. Söhbət Poniçaladan keçən 3 km-lik yoldan
gedir. Müqavilə “Koks Konsalti” MMC-nin Gürcüstan filialı ilə
imzalanıb. Şirkət işləri 3 165 000 lariyə yerinə yetirəcək.
Müqavilənin müddəti 2028-ci ilin sonuna qədərdir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.