Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) bildirir
ki, xüsusi təyinatlı qüvvələri Krasnodar diyarının Novorossiysk
sahillərində Rusiyanın Qara Dəniz Donanmasına məxsus bir gəmini
vurub.
QUR-un məlumatına görə, 2015-ci ildə istismara verilmiş gəmi
çoxfunksiyalı MPSV07 layihəsinə aiddir. O, dalğıc avadanlıqları,
məsafədən idarə olunan qurğular, yan baxış üçün hidrolokator, eləcə
də radioelektron kəşfiyyat vasitələri ilə təchiz olunub, dəniz
dibinin
araşdırılması üçün istifadə edilə bilər.
Kəşfiyyat gəminin dəyərini təxminən 60 milyon dollar olaraq
qiymətləndirir. Rusiyanın dörd belə gəmisinin olduğu
bildirilir.
"The Insider" nəşri çox güman ki, "Spasatel Demidov" gəmisinin
vurulduğunu yazır.
QUR bildirir ki, hücum anında gəmi radioelektron kəşfiyyat aparır,
Novorossiysk limanı yaxınlığında patrul xidməti həyata
keçirirdi.
Zərbə dronla endirilib. Nəticədə radioelektron kəşfiyyat
avadanlıqlarının məhv edildiyi və gəminin sıradan çıxaraq bahalı
təmirə ehtiyac duyduğu bildirilir.
Gəminin vurulması ilə bağlı məlumatı, hələlik, müstəqil mənbələr
təsdiqləməyib.
Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin təmsilçisi Dmitro
Pletençuk demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Krıma ardıcıl
zərbələrindən sonra Rusiyanın döyüş qabiliyyətli hərbi gəmiləri
qalmayıb.
Peyk görüntüləri Rusiya Qara Dəniz Donanmasının salamat qalan döyüş
birləşmələrinin məhz Novorossiysk limanında cəmləşdiyini
göstərir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.