“Gürcü Arzusu” proporsional siyahısına jurnalistlərin işinə mane olmuş qadını daxil edib
12:53 / 11.09.2025
2024-cü il parlament seçkilərində Marneulidə yerləşən 7 saylı seçki
məntəqəsinin sədri Aksana Qurbanova seçki günü “Marneuli”
radiosunun əməkdaşlarına qarşı aqressiv davranışı ilə yadda
qalmışdı.
İndi isə “Gürcü Arzusu” partiyası onu 2025-ci il yerli özünüidarə
seçkilərində Bələdiyyə Məclisi üçün proporsional siyahısına daxil
edib.
Aksana Qurbanova 1 saylı məktəbin binasında yerləşən 7 saylı seçki
məntəqəsində sədr işləyərkən jurnalistlərə videoçəkiliş
aparmağa
icazə verməmiş, onların işinə mane olmuş və hətta bir jurnalistin
mobil telefonunu əlindən almağa cəhd göstərmişdi.
Mərkəzi Seçki Komissiyasının rəsmi saytına görə, “Gürcü Arzusu”
Aksana Qurbanovanı Bələdiyyə Məclisi üçün proporsional siyahıda
13-cü yerə yerləşdirib.
Qeyd edək ki, müxalifət partiyalarının bir qismi 4 oktyabr 2025-ci
ildə keçiriləcək yerli seçkiləri boykot edəcək və seçkilərdə
iştirak etməyəcəklər.
2025-ci ilin yerli özünüidarə seçkilərində mer vəzifəsi üçün 64
bələdiyyə və özünüidarəetmə şəhərində səs veriləcək. Mərkəzi Seçki
Komissiyasının məlumatına görə, 25 bələdiyyədə yalnız bir namizəd —
“Gürcü Arzusu”nun namizədi qeydə alınıb.
Marneulidə mer vəzifəsinə üç partiya namizəd irəli sürüb:
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.