Belçikanın Gent şəhərində Flandriya festivalında Münhen
Filarmoniyası Orkestrinin konserti ləğv olunub.
Konsertə israilli Lahav Şani dirijorluq edəcəkdi. Almaniyanın
mədəniyyət naziri konsertin ləğvini "Avropa üçün biabırçılıq"
adlandırıb.
AFP yazır ki, orkestrin çıxışı sentyabrın 18-nə təyin
olunmuşdu.
Festival təşkilatçılarının izahı belə olub ki, İsrail hökumətinin
siyasətinə dair Şanidən "yetərincə aydın" mövqe ala bilməyiblər.
Onlar Şaninin dəfələrlə sülh və barışığa dəstək ifadə etdiyini
deyiblər. Amma əlavə ediblər ki, Qəzza sektorundakı indiki vəziyyət
"emosional reaksiyalar" doğurur və onların məqsədi festivalda sakit
mühitin qorunmasıdır.
Belçikanın xarici işlər naziri Maksim Prevo özünü festival
təşkilatçılarının qərarından kənar tutaraq bu addımı "aşırı"
adlandırıb. O qeyd edib ki, yəhudi icmasını və İsrail
vətəndaşlarını İsrailin baş naziri Benyamin Netanyahunun siyasəti
ilə qarışdırmaq olmaz.
L.Şani 2026-2027-ci illər mövsümündə Münhen Filarmoniya Orkestrinin
baş dirijoru vəzifəsini tutacaq. Hazırda o, İsrail Filarmoniya
Orkestrinin musiqi direktorudur.
Bundan öncə Münhen Filarmoniyasının Orkestrinə 7 il müddətində
rusiyalı dirijor Valeri Qerqiyev rəhbərlik edib. O, Rusiya
Ukraynaya qarşı hərbi təcavüzünü
dəstəklədiyinə görə müharibənin
başlanmasından az sonra vəzifəsindən azad olunub.
Almaniya İsrailin ən yaxın müttəfiqlərindən biri sayılır. Amma son
vaxtlar Berlin İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını
getdikcə daha sərt tənqid edir.
2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı
HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub,
251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada
hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox
insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin
səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs
aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil
edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan
təxminən 20-si sağdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.