Yerli özünüidarə seçkilərində Marneuli Bələdiyyə Məclisinin mandatı
uğrunda 7 siyasi partiya mübarizə aparacaq.
MSK-nın açıqladığı məlumata görə, Marneuli Bələdiyyə Məclisinə
proporsional siyahı təqdim edən partiyalar bunlardır:
“Gürcüstan üçün Mühafizəkarlar”, “Bizim Vahid
Gürcüstan”, “Gürcüstan Vətənpərvərlər Alyansı”, “Güclü Gürcüstan –
Lelo”, “Xalq hökuməti”, “Gürcüstan naminə Qaxariya” və “Gürcü
arzusu”.
“Gürcüstan Vətənpərvərlər Alyansı” proporsional siyahıya 7 nəfəri
daxil edib. Siyahıda 3 qadın və 4 kişi yer alıb. Birinci nömrə
Fridon Çoxonelidzedir.
Partiyanın proporsional siyahısı belədir:
- Fridon Çoxonelidze
- Nino Çoxonelidze
- Aleksandre Nakevxrişvili
- Aleksandre Zedgenidze
- Rusiko Kveladze
- Quram Melençuk
- Marina Davadze
Qeyd edək ki, bəzi müxalif siyasi partiyalar 4 oktyabr 2025-ci ildə
keçiriləcək seçkiləri boykot etdiklərini açıqlayıblar.
Seçkilər çərçivəsində Gürcüstan üzrə 64 bələdiyyə və özünüidarə
olunan şəhərlərdə merlər də seçiləcək. MSK-nın məlumatına görə,
ölkənin 25 bələdiyyəsində “Gürcü arzusu”ndan yalnız 1 namizəd qeydə
alınıb.
Marneulidə isə üç partiya merliyə namizəd irəli sürüb:
- Əli Bədirov – “Vahid Gürcüstan”
- Əsəd Əliyev – “Güclü Gürcüstan”
- Daur İsmayılov – “Gürcü arzusu”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!

səhifəsində.
izləyin.
izləyin.
izləyin.
izləyin.