Nazirliyin məlumatına görə, Elene Xoştaria tərəfindən Kaxa
Kaladzenin banerinin zədələnməsi faktı üzrə Cinayət Məcəlləsinin
187-ci maddəsi ilə
– əmlakın zədələnməsi və ya məhv edilməsi – istintaq başlanıb.
“Daxili İşlər Nazirliyi, ‘Gürcü Arzusu – Demokratik
Gürcüstan’ partiyası nümayəndələrinin müraciəti əsasında seçki
banerlərinin zədələnməsi faktı üzrə Cinayət Məcəlləsinin 187-ci
maddəsi ilə istintaq başladıb. Bu maddə əmlakın zədələnməsi və ya
məhv edilməsini nəzərdə tutur.
Məlumata əsasən, həmin hərəkəti ‘Dəyişikliklər üçün Koalisiyanın
liderlərindən biri, Elene Xoştaria törədib. Hüquq-mühafizə
orqanları faktla bağlı istintaq tədbirləri aparır, ekspertizanın
nəticəsində dəymiş ziyanın dəqiq məbləği müəyyən ediləcək və bu
hərəkətə uyğun hüquqi reaksiya veriləcək”, – məlumatda deyilir.
“Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri olan Elene
Xoştaria Kaxa Kaladzenin seçki baneri üzərinə “Rus arzusu” (“Rusuli
ocneba”) sözlərini yazıb.
“Meqiyə həmrəylik” – o, daha sonra sosial şəbəkədə
qeyd edib.
Məhz Kaladzenin baneri üzərində eyni yazını yazdığına görə 23 yaşlı
tələbə Meqi Diasamidze barəsində cinayət işi açılmışdı. Ona
sentyabrın 12-də hakim Davit Kurtanidze qətimkan tədbiri olaraq
2000 lari girov təyin edib və məhkəmə zalından azadlığa
buraxıb.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.