Ermənistan Ararat dağının təsvirini sərhəd keçidi ştamplarından çıxarır
Noyabrın 1-dən Ermənistan dövlət sərhədi ştamplarından Ararat (Ağrı) dağının təsviri çıxaracaq. Onun yerinə erməni və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) yazılacaq.

Bu barədə Ermənistan hökuməti sentyabrın 11-də qərar çıxarıb.

Ermənistanın milli simvolu sayılan Ararat dağı onun gerbində də təsvir olunub. Ararat
(Ağrı) dağı Türkiyə ərazisində yerləşir.

Bu dəyişiklik Ermənistan-Türkiyə münasibətlərin normallaşdırılması fonunda gerçəkləşdirilir. Ermənistan-Azərbaycan münaqişəsi və 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin qətlindən dolayı tərəflərin diplomatik münasibətləri mürəkkəb olub.

Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır. 2022-ci ildən iki ölkənin hava əlaqəsi bərpa olunub, xüsusi nümayəndələr əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparırlar.

Yerevanda Ruben Rubinyan və Serdar Kılıç arasında altıncı görüş.

12 sentyabr
Rubinyan və Kılıç Yerevanda görüşüblər

Sentyabrın 12-də Türkiyənin Ermənistanla əlaqələrinin tənzimlənməsi üzrə xüsusi elçisi Yerevanda eyni missiyanı icra edən həmkarı ilə görüşüb. Bu, tərəflər arasında 2022-ci ildə danışıqlar başlanandan Yerevanda ilk görüşdür.

Serdar Kılıç Ermənistanın Xarici İşlər Nazirliyində Ruben Rubinyan, daha sonra xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Tərəflər sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşmanın dəqiq icra tarixləri, yaxud yeni bir siyasi razılaşma haqda bilgi verməyiblər.

Rəsmi xəbərdə deyilir ki, onlar ikitərəfli münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlər zamanı işlənib hazırlanmış və razılaşdırılmış məsələləri təsdiqləyiblər.

İki il öncə Yerevan və Ankara Ani körpüsünün bərpası üzrə razılığa gəlmişdilər. Bu gün keçirilən danışıqlardan sonra həmin razılaşmaya təhsil komponenti də əlavə olunub. Yaxud ötən ilin yayında xüsusi nümayəndələr Gümrü–Qars dəmir yolu üzrə sərhəd keçidinin texniki şərtlərinin birgə qiymətləndirilməsi barədə razılığa gəlmişdilər. Bugünkü bəyanatda da təxminən eyni fikirlər səsləndirildi.

Bundan başqa, 2026-cı ilin yayından başlayaraq mövcud aviaşirkətlərdən başqa digər şirkətlərin də uçuşlar gerçəkləşdirməsi üçün iş aparılması barədə razılığa gəlinib.

30 ildən artıq diplomatik əlaqələri olmayan Yerevan və Ankara 44 günlük Qarabağ müharibəsindən sonra münasibətlərin tənzimlənməsi üzrə danışıqlara başlayıblar. 2022-ci ilin yanvarından danışıqlar üçüncü ölkələrdə, sonradan Ermənistan–Türkiyə sərhədində keçirilib. Ötən ilin yazında Antalyada Diplomatik Forumda Türkiyənin xüsusi nümayəndəsi növbəti görüşün Yerevanda keçirilməsini təklif edib.


Ərdoğan: 'Zəngəzur sülh layihəsidir'
"Zəngəzur keçidi bütün bölgə üçün bir sülh layihəsidir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də deyib. Onun sözlərinə görə, layihənin bütün tərkib hissələri ilə gerçəkləşdirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni bir mərhələyə keçirəcək.

Ərdoğan əlavə edib ki, avqustun 22-də təməli qoyulan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmiryol xətti "Zəngəzur dəhlizi"nin onurğa sütunudur.

"Hədəfimiz dəmiryol şəbəkəmizi 2028-ci ildə 17 min 500 kilometrə, 2053-cü ildə isə 28 min 600 kilometrə çatdırmaqdır", – o söyləyib.

Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz" termininə qarşı çıxıb, belə bir əlaqəyə "sülh yolu" deyib.

Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google