Belaruslu siyasətçi Nikolay Statkeviçin hazırda harada olduğu hələ
də bəlli deyil.
O, digər siyasi məhbuslarla birlikdə sentyabrın 11-də azadlığa
buraxılsa da, yeri barədə məlumat yoxdur. Ailə üzvləri ondan xəbər
ala bilmirlər.
Bu barədə sentyabrın 12-də Vilnüsdə keçmiş siyasi məhbusların
mətbuat konfransında bildirilib.
Statkeviç Belarusdan çıxaraq Litvaya getməkdən imtina edib.
"Belsat" kanalı müxalifət lideri Svetlana Tixanovskayanın müşaviri
Denis
Kuçinskiyə istinadla bildirib ki, Statkeviç "demək olar ki,
avtobusun qapısını sındıraraq çölə çıxdı və Belarus ərazisinə doğru
qaçdı". O, sərhədin Belarus tərəfində bir neçə saat dayanıb,
müşahidə kameralarına da düşüb. Həyat yoldaşı, amerikalı
diplomatlar və daha bir neçə nəfər onu Belarusdan çıxmağa razı
salmağa çalışıblar, amma buna nail ola bilməyiblər. Litva
Statkeviçin Belarus-Litva sərhədini keçmədiyini bildirir.
"Naşa Niva" nəşri qeyd edir ki, Belarusun təbliğatla məşğul olan
Telegram kanalları Statkeviçin sentyabrın 11-də guya sərhədi
keçdiyini yazıblar, amma ertəsi gün səhər onun yoxa çıxdığını
yaymağa başlayıblar.
"Narodnaya Qromada" hərəkatının fəalı Sergey Spariş də həbsdən
buraxılaraq deportasiya olunub. O, Statkeviçi sentyabrın 11-də KQB
həbsxanasında gördüyünü, onun "ruhən əla durumda" olduğunu deyib.
Spariş onun səhhəti ilə bağlı ciddi narahatlıq bildirib, ABŞ
prezidenti Donald Tramp da daxil olmaqla siyasətçiləri Statkeviçin
Belarusda normal yaşamaq, ailəsi, əqidədaşları ilə əlaqə saxlamaq
hüququnu təmin etməyə çağırıb.
Həbsdən buraxılan Statkeviç Belarusdan çıxmaqdan imtina
edib
Belarus hakimiyyəti sentyabrın 11-də 52 siyasi məhbusu azadlığa
buraxıb. Onların arasında siyasətçi Nikolay Statkeviç də olub. Amma
o, ölkəni tərk etməkdən imtina edərək Belarusda qalmağa qərar
verib.
"Vyasna" insan haqları mərkəzinin məlumatına görə, siyasi
məhbusları məcburi şəkildə "Kamennıy Loq" nəzarət-buraxılış
məntəqəsindən keçirərək Litvaya aparıblar. Statkeviç isə Belarusu
tərk etməyə razı olmayıb, avtobusun qapısını ayağı ilə sındıraraq
Belarusla Litva arasındakı neytral zonaya çıxıb.
Onu maskalı şəxslər aparıblar
"Statkeviç o tərəfdə (neytral zonada) qalıb, Litvaya keçməyib,
sərhədi keçməyə cəhd göstərməyib. Hazırda artıq həmin ərazidə
deyil, nəzarət-buraxılış məntəqəsinin dərinliklərinə doğru hərəkət
edib", – Litva Dövlət Sərhəd Mühafizəsi Xidmətindən Qiedrius
Mişutis LRT-yə deyib.
Statkeviçin silahdaşı Yevgeni Vilski AzadlıqRadiosunun Belarus
xidmətinə deyib ki, o, Statkeviçi Litvaya keçməyə razı salmağa
çalışıb. Amma Statkeviç öz taleyini özü həll edəcəyini bildirib.
Onun qərarını dəyişməyəcəyi bilinəndən sonra naməlum istiqamətə
aparılıb. Vilskinin sözlərinə görə, bunu daim onun yanında gəzən
maskalı şəxslər edib:
"Onlar daim onun yanında
dayanırdılar, üç metr aralıda. Ona heç nə deyilmədi, hara aparılır,
heç nə. Vaxt tamam oldu, biz çıxdıq, onu isə başqa tərəfə
apardılar. Vəssalam".
Q.Mişutis isə Statkeviçin öz istəyi ilə getməsinə dair suala belə
cavab verib ki, onu bir neçə Belarus əməkdaşı müşayiət edib, lakin
özü piyada gedib.
Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskayanın
müşaviri Denis Kuçinski sentyabrın 11-i axşam "Myadininkay"
sərhəd-keçid məntəqəsinin Litva tərəfində olub. O, "Zerkalo"ya
deyib ki, Statkeviç artıq neytral zonanı tərk edib: "Nikolay
Statkeviçi neytral zonada görmürük. Bu isə, təbii ki, ciddi
narahatlıq doğurur. Görünür, o, artıq Belarus tərəfinə keçib. Hər
bir insanın nə edəcəyinə dair seçim haqqı olmalıdır".
Statkeviç kimdir
Belarusun tanınmış siyasi məhbuslarından olan Nikolay Statkeviç
qeydə alınmamış Belarus Sosial-Demokrat Partiyasının (Xalq
Həmrəyliyi) lideridir. O, 2019-cu ildə prezident seçkilərində
namizəd olub, "işsizlər yürüşləri"ni təşkil edib.
2010-cu ilin prezident seçkilərindən sonra o, Minskdə etirazlarda
iştirak edib, təhlükəsizlik qüvvələri onları yatırdıb. 2011-ci ilin
mayında Statkeviçə kütləvi iğtişaşların təşkili ittihamı irəli
sürülüb, 6 il həbs cəzası kəsilib. 2015-ci ilin avqustunda
siyasətçi bir neçə siyasi məhbusla birlikdə əfv olunaraq azadlığa
buraxılıb. Onu 2017 və 2020-ci illərdə (ikinci dəfə Sergey
Tixanovski ilə birlikdə) həbs ediblər. 2021-ci ildə Statkeviç
yenidən kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 14 il
müddətinə azadlıqdan məhrum edilib.
S.Tixanovski bu ilin iyulunda azadlığa çıxıb.
2020-ci il etirzlarından sonra müxalifətçi Mariya Kolesnikova oxşar
addım atmışdı, onun öz pasportunu cıraraq Ukraynaya deportasiya
olunmasına imkan vermədiyi bildirilirdi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.