Türkiyədə məhkəmə müxalif Xalq Cümhuriyyət Partiyasının (CHP)
2023-cü il qurultayının nəticələrini ləğv edib-etməməklə bağlı
qərarını oktyabrın 24-dək təxirə salıb.
Məhkəmə həmçinin partiya lideri Özgür Özəlin vəzifədən
kənarlaşdırılmasına baxmalıydı. Xəbəri "Reuters" yayıb.
Ankarada mitinqə on minlərlə CHP tərəfdarı qatılıb
Sentyabrın 14-də Ankarada müxalif Xalq Cümhuriyyəti Partiyasının
(CHP) on minlərlə tərəfdarı mitinqə çıxıb, prezident Rəcəb Tayyib
Ərdoğanın
istefasını tələb edib, növbədənkənar seçkilər tələb edib.
Xəbəri "Reuters" yayıb.
Elə həmin gün dövlət mediası prokurorluğun 48 şübhəlinin korrupsiya
işinin istintaqı çərçivəsində həbsinə order çıxardığını yazıb.
Onların içində İstanbulun Bayrampaşa rayonunun meri də var.
CHP-ni təmsil edən mer Həsən Mutlu X-də yazıb ki, gizlədəsi heç
nəyi yoxdur və baş verənləri "siyasi akt və əsassız böhtan"
adlandırıb.
Sentyabrın 15-də məhkəmə CHP-nin 2023-cü il qurultayının
nəticələrini iddia olunan prosedur pozuntuları ilə bağlı ləğv
edilməsi məsələsinə baxmalıdır. "Reuters" bu qərarın maliyyə
bazarlarında çaxnaşma yarada, 2028-ci ilə gözlənən seçkilərin
tarixinə təsir göstərə biləcəyini yazır. Amma məhkəmənin qərarı
yubana da bilər.
Bazar günü mitinqində çıxış edən CHP lideri Özgür Özəl deyib ki,
hökumət demokratik normaları sarsıtmaq, narazıları sıxışdırmaqla
hakimiyyətdə qalmaq istəyir. O da ittihamları "böhtan"
adlandırıb.
Hökumət ədliyyənin müstəqil olduğunu deyir, siyasi motivləri rədd
edir.
Son bir ildə İstanbulda və CHP-nin idarə etdiyi digər
bələdiyyələrdə korrupsiya araşdırmaları çərçivəsində 17-si mer
olmaqla azı 500 nəfər saxlanılıb. İstanbulun meri, Ərdoğanın əsas
siyasi rəqibi sayılan Əkrəm İmamoğlu daxil olmaqla yüzlərlə CHP-çi
həbsdədir.
Ankaradakı mitinqdə İmamoğlunun həbsdən göndərdiyi məktub oxunub.
O, məktubunda yazıb ki, hökumət legitim rəqiblərini çıxdaş etməklə
növbəti seçkinin nəticəsini öncədən müəyyənləşdirmək istəyir.
İzdiham "Prezident İmamoğlu" deyə qışqırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.