“Gürcüstanın Statistika Xidməti”nin (Sakstat) məlumatına görə,
2025-ci ilin II rübündə ölkədə orta aylıq nominal
əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz və ya 207,1
lari artaraq 2212 lari təşkil edib.
Ən yüksək əməkhaqları aşağıdakı sahələrdə qeydə alınıb:
- İnformasiya və kommunikasiya – 4176,5 lari (illik artım
5,4%);
- Maliyyə və sığorta fəaliyyəti – 3732,2 lari (artım
2,5%);
- Tikinti – 3467,7 lari (artım 17,7%);
- Peşəkar, elmi və texniki fəaliyyət – 2995,3 lari (artım
4,3%).
Qadın və kişilərin əməkhaqlarında da fərq müşahidə olunur. 2025-ci
ilin II rübündə qadınların orta aylıq maaşı 1769,5 lari, kişilərin
isə 2655,8 lari olub. Qadınlarda artım 179,3 lari (11,3%),
kişilərdə isə 242,3 lari (10,0%) təşkil edib. Demək olar ki, bütün
sahələrdə kişilərin maaşı qadınlarınkından yüksəkdir.
Biznes sektorunda muzdla çalışanların orta aylıq maaşı 212,2 lari
(10,1%) artaraq 2317,6 lari təşkil edib. Bu sahələrdə isə ən yüksək
maaşlar qeydə alınıb:
- İnformasiya və kommunikasiya – 4243,4 lari (illik artım
4,3%);
- Tikinti – 3472,6 lari (illik artım
17,7%).
Qeyri-kommersiya və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən
ilin eyni dövrünə nisbətən 197,1 lari (10,8%) artaraq 2024 lari
təşkil edib. Burada da ən yüksək maaşlar maliyyə və sığorta
sahəsində çalışanlara məxsusdur.
Orta aylıq əməkhaqqına görə lider bölgələr Tbilisi və
Mtsxeta-Mtianeti regionlarıdır.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.