Qeyri-hökumət təşkilatları birgə bəyanat yayıb və Almaniyanın
Gürcüstandakı səfiri Peter Fişerə həmrəylik ifadə ediblər.
Təşkilatların sözlərinə görə, səfir “Gürcü Arzusu” tərəfindən
əsassız, aqressiv və nalayiq hücumların hədəfinə çevrilib. Onların
fikrincə, bu addımlar Gürcüstanın beynəlxalq nüfuzuna zərər vurur,
strateji maraqlarını sarsıdır və ölkəni daim onun müstəqilliyini,
təhlükəsizliyini və demokratik inkişafını dəstəkləmiş
müttəfiqlərindən uzaqlaşdırır.
Bəyanatdan sitat:
“Biz, Gürcüstanın qeyri-hökumət təşkilatlarının
nümayəndələri, Almaniya Federativ Respublikasının Gürcüstandakı
səfiri, Zati-aliləri cənab Ernst Peter Fişerə tam həmrəylik
bildiririk.
Demokratik dəyərlər və Gürcüstanın Avropa gələcəyi təhdid altında
olduğu bir vaxtda səfir Fişer azadlıq, açıqlıq və demokratiya
prinsiplərini ardıcıl və cəsarətlə müdafiə edir. Onun mövqeyi açıq
və inandırıcıdır və həm hökumətə, həm də gürcü cəmiyyətinə
xatırladır ki, Gürcüstanın yeri Avropa ölkələri ailəsindədir.
Məhz bu prinsipial mövqeyinə görə səfir Fişer “Gürcü Arzusu”nun
əsassız, aqressiv və nalayiq hücumlarının hədəfinə çevrilib. Onun
şəxsi təhqiri və təbliğat xarakterli narrativlər ayrı-ayrı
hadisələr deyil; bunlar Almaniyaya və digər Qərb tərəfdaşlarına – o
cümlədən Avropa İttifaqına, Böyük Britaniyaya və ABŞ-a qarşı
yönəlmiş məqsədyönlü və sistemli dezinformasiya və düşmənçilik
kampaniyasının bir hissəsidir. Onlar illərdir Gürcüstanın yanında
dayanaraq humanitar yardım göstərib, inkişafı dəstəkləyib, güclü
diplomatik və siyasi dəstək veriblər. Almaniya və tərəfdaşları
gürcü xalqının ən ardıcıl və sadiq dostları olublar.
Əhəmiyyətli tərəfdaş ölkənin nümayəndəsinin – ölkəmizin qonağının –
gözdən salınması və ona qarşı şəxsi hücumlar ciddi narahatlıq
doğurur. Bu addımlar Gürcüstanın beynəlxalq reputasiyasına zərər
vurur, strateji maraqlarını sarsıdır və ən təhlükəlisi, ölkəmizi
daim müstəqilliyimizə, təhlükəsizliyimizə və demokratik
inkişafımıza dəstək olmuş müttəfiqlərdən uzaqlaşdırır. Gürcüstanın
suverenliyini gücləndirmək əvəzinə, belə narrativlər yalnız dirəniş
qabiliyyətimizi zəiflədir, parçalanmanı dərinləşdirir və
Gürcüstanın Avropa yolunda uğur qazanmasını istəməyən qüvvələrin
maraqlarına xidmət edir.
Qərbin Gürcüstana və vətəndaşlarımıza dəstəyinin azaldığı barədə
deyilənlər həqiqətə uyğun deyil. Əksinə, məhz Almaniya, Böyük
Britaniya və digər Avropa dövlətləri Gürcüstanın Avroatlantik
strukturlara inteqrasiyasını ardıcıl dəstəkləyib və suverenliyimizi
xarici təhdidlər qarşısında müdafiə ediblər.
Biz – Gürcüstanın demokratik gələcəyinə sadiq olan qeyri-hökumət
təşkilatları – səfir Fişerə və düşmənçiliyə, böhtanlara baxmayaraq,
gürcülərin azadlıq, demokratiya və Avropa inteqrasiyası hüququnu
müdafiə edən bütün tərəfdaş ölkələrin nümayəndələrinə dəstəyimizi
bildiririk. Tərəfdaşlarımızın ölkəmizə göstərdiyi həmrəylik
tanınmağa, minnətdarlığa və hörmətə layiqdir.
Biz, Gürcüstanın qeyri-hökumət təşkilatları, yekdilliklə səfir
Fişerin yanındayıq. Biz təbliğat və manipulyasiyanın ifşa
edilməsini davam etdirəcək və ölkəmizin tarixi seçimi – Avropa
gələcəyimiz uğrunda mübarizə aparacağıq. Gürcüstanda həqiqət,
ləyaqət, demokratiya və azadlıq dəyərləri mütləq qalib
gələcəkdir”.
Hazırda bəyanatı imzalayan təşkilatlar:
- Europe-Georgia Institute (EGI) — Avropa-Gürcüstan
İnstitutu
- Transparency International Georgia — Beynəlxalq Şəffaflıq –
Gürcüstan
- Tbilisi Pride — Tbilisi Praid
- Tolerance and Diversity Institute (TDI) — Dözümlülük və
Müxtəliflik İnstitutu
- Democracy Research Institute (DRI) — Demokratiya Araşdırmaları
İnstitutu
- Human Rights Center (HRC) — İnsan Hüquqları Mərkəzi
- Green Alternative — Yaşıl Alternativ
- Rights Georgia — Hüquqlar Gürcüstan
- Civil Society Foundation — Vətəndaş Cəmiyyəti Fondu
- Georgian Democracy Initiative (GDI) — Gürcüstan Demokratiya
Təşəbbüsü
- Georgia’s European Orbit — Gürcüstanın Avropa Orbitası
- Partnership for Human Rights — İnsan Hüquqları üzrə
Tərəfdaşlıq
- International Society for Fair Elections and Democracy (ISFED)
— Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət
- Georgia’s Association of Young Lawyers (GYLA) — Gənc
Hüquqşünaslar Assosiasiyası
- Democracy Defenders (DemDef) — Demokratiya Müdafiəçiləri
- Georgia’s Future Academy — Gürcüstanın Gələcəyi
Akademiyası
- Sapari — Sapari
- Georgian Center for Psychosocial and Medical Rehabilitation of
Torture Victims (GCRT) — İşgəncə Qurbanlarının Psixososial və Tibbi
Reabilitasiya Mərkəzi
- Institute for Development of Freedom of Information (IDFI) —
İnformasiya Azadlığının İnkişafı İnstitutu
- Association of Law Firms of Georgia (ALFG) — Gürcüstan Hüquq
Firmaları Assosiasiyası
- Women’s Initiatives Supporting Group (WISG) — Qadınların
İdeyalarını Dəstəkləyən Qrup
- Economic Policy Research Center (EPRC) — İqtisadi Siyasət
Araşdırmaları Mərkəzi
- Research-Intellectual Club “Dialogue of Generations” (RICDOG) —
Tədqiqat-İntellektual Klub “Nəsillərin Dialoqu”
- GEOCASE — GEOCASE
- Europe Foundation — Avropa Fondu
- Prevention for Progress (PFP) — İrəliləyiş üçün prevensiya
- Civic Idea — Vətəndaş İdeyası
- Institute of Western Democracy and Leadership (IWDL Georgia) —
Qərb Demokratiyası və Liderlik İnstitutu
- Georgia’s Reforms Associates (GRASS) — Gürcüstan İslahatlar
Assosiasiyası
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.