Azərbaycanda büdcə xərcləri 0.3, təkcə müdafiə və milli təhlükəsizlik xərcləri isə 3.8 faiz artırılır
2026-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon, xərcləri isə 41 milyard 548 milyon manat proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin "Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama"sında bildirilir.

Bu ilin büdcə sənədi ilə müqayisədə gəlirlərdə 0.2, xərclərində isə 0.3 faiz artım var.

Gələn ilə aid layihədə büdcə
kəsrində də artım var. Sənəddə kəsir 3 milyard 125 milyon manat proqnozlaşdırılır. Bu də bu ilə aid eyni göstəricidən 2.4 faiz çoxdur.

Sənəddə neftin bir barelinin ixrac qiyməti 65 dollar göstərilib. Bu isə builki büdcə ilə müqayisədə neftin bir barelinə görə 5 dollar azalma deməkdir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Layihədə bu il ilə müqayisədə bəzi vergi sahələri üzrə gəlirlərin artırılması proqnozlaşdırılır. Nəticədə növbəti il büdcə gəlirlərinin 62 faizə yaxını vergi və gömrük xətti ilə daxil olmalıdır. Bu, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların bu il ilə müqayisədə artırılacağından xəbər verir.

Sənəddə diqqət çəkən daha bir məqam müdafiə və milli təhlükəsizlik üzrə xərclərdəki artımdır. 2026-cı ildə həmin sahələrə 8 milyard 714.8 milyon manat ayrılması proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik üzrə xərclər 2025-ci illə müqayisədə 318.5 milyon manat, yaxud 3.8 faiz çox olacaq. Bunun əvəzində bəzi sahələr, məsələn, kənd təsərrüfatı üzrə xərclərin azaldılması nəzərdə tutulur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google