ABŞ və Çin 'TikTok' barədə ilkin razılığa gəliblər
Birləşmiş Ştatlar və Çin "TikTok" sosial şəbəkəsinin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək çərçivə razılaşması əldə ediblər. Madriddə qarşılıqlı ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skott Bessent bu haqda açıqlama verib. Prezident Donald Tramp da danışıqların uğurlu keçdiyini, dolayısı ilə "TikTok" məsələsinin həll olunduğunu yazıb.

S.Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib ki, hazırlıq mərhələsində olan razılaşmanın şərtləri
ABŞ-nin milli təhlükəsizlik maraqlarını təmin etməlidir, amma sosial şəbəkə öz "çinli" xüsusiyyətlərini də saxlayacaq. O, detallı danışmasa da, vurğulayıb ki, daha çox gənclər arasında populyar olan bu qısa video platformasının ABŞ-də yasaqlanma təhlükəsi Çin tərəfini danışıqlarda güzəştə meylləndirib.

Tramp isə "Truth Social" platformasında yazıb ki, "ölkəmizin gənclərinin xilas etmək istədiyi" şirkətin satışı ilə bağlı Çinlə razılıq əldə olunub. Söhbətin Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un Amerika bölməsindən getdiyi aydın olub.

Hələ əvvəlki administrasiya dönəmində ABŞ Konqresi hər iki partiyanın dəstəyi ilə qanun qəbul edərək "ByteDance" üzərinə "TikTok"un ABŞ bölməsini satmaq öhdəliyi qoymuşdu, əks halda "TikTok" ABŞ-də tam bloklana bilərdi. Qərar milli təhlükəsizlik məsələləri ilə izah olunurdu. Tramp "TikTok"un satışı üçün qoyulan müddəti uzatmaq, Çinlə danışıqlar aparmaqla bağlı göstəriş vermişdi.

Sentyabrın 19-da Trampın Çin lideri Si Cinpinlə telefonla danışacağı gözlənilir. Həmin gün bu və digər razılaşmaların detalları açıqlanacaq. Bessent vurğulayıb ki, razılaşma əldə olunmasaydı, Tramp və Si Cinpin arasında telefon danışığı baş tutmazdı.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google