İran sentyabrın 17-də İsrail üçün casusluq etdiyi iddia olunan bir
məhbusun edam olunduğunu açıqlayıb.
Fəallar isə bu iddianı təkzib edərək deyirlər ki, həmin şəxs saxta
etiraf verməsi üçün işgəncələrə məruz qalıb.
Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyi edam edilən şəxsin Babək
Şahbazı olduğunu yazıb. Onun İranın data mərkəzləri və
təhlükəsizlik obyektlərinə dair həssas məlumatları toplayıb İsrail
agentlərinə
satdığı iddia edilir.
Fəallar isə Şahbazının Ukrayna prezidenti Volodimir Zelenskiyə
məktub yazdığına görə saxlanıldığını bildirirlər. Məktubda o,
Zelenskiyə Kiyev üçün döyüşmək istədiyini yazıb.
Moskva İranın verdiyi dronlardan Ukraynaya hücumlarda istifadə
edir.
Osloda yerləşən "İran İnsan Haqları" qrupu Şahbazının edam edilə
biləcəyi haqda xəbərdarlıq yaymışdı.
Fəallar İranda edam növbəsini gözləyən məhbusların olduğunu
deyirlər.
Tehran İsraillə iyunda 12 günlük müharibədən sonra bu ölkəyə
casusluq ittihamıyla səkkiz nəfəri edam edib.
İsrailin İrana hava zərbələri 1100-ə yaxın insanın, bir sıra hərbi
komandirin həyatına son qoyub. İran da cavabında İsrailə hədəfli
raket zərbələri endirib.
BMT İranda ötən il azı 975 nəfərin edam olunduğunu bildirir. "İran
İnsan Haqları" isə bu il artıq 940-dan çox edamın gerçəkləşdiyini
qeyd edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.