“Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Tək onu
deyə bilərəm ki, söhbət çox böyük məbləğdən
gedir.
Hər şey çox ağırdır. Gözləyək, istintaq bütün suallara
müvafiq cavab verəcək,” – deyə Tbilisi meri Kaxa
Kaladze qanunsuz gəlirlərin leqallaşdırılması işi ilə bağlı
bildirib.
“Oyunu buraxın, siyasi spekulyasiyalardan çəkinin,
gözləyin – istintaq bütün suallara cavab verəcək. Bu, birdəfəlik
gətirilmiş pul deyil axı? Oxuduğuma və eşitdiyimə görə illər boyu
daxil olurdu. Buna görə də gözləyək və bütün cavablar
veriləcək,” – Kaladze əlavə edib.
Prokurorluğun açıqlamasına görə, Dövlət Təhlükəsizlik Xidməti ilə
birgə 2022–2024-cü illərdə 624 milyon ABŞ dolları və 35 milyon
avronun qanunsuz gəlir kimi leqallaşdırılması faktı aşkarlanıb. Bir
nəfər saxlanılıb. Qurum saxlanılan şəxsin kimliyini və ya baş
hərflərini açıqlamayıb.
“İttiham olunan və cinayətkar qrupun digər üzvləri
2022–2024-cü illərdə təxminən 624 milyon ABŞ dolları və 35 milyon
avronu qanunsuz gəlir kimi leqallaşdırıblar. İş üzrə aparılan
istintaq tədbirləri çərçivəsində böyük məbləğdə nağd pul götürülüb.
Cinayət yolu ilə əldə olunan vəsaitlərin və digər aktivlərin dövlət
xeyrinə müsadirəsini təmin etmək üçün prokurorluq müvafiq hüquqi
prosedurları həyata keçirəcək.
Prokurorluq ittiham olunan şəxs barəsində həbs-qətimkan tədbirinin
seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət
edəcək. İrəli sürülən ittiham 12 ilə qədər azadlıqdan məhrumetməni
nəzərdə tutur,” – deyə prokurorluğun yaydığı
məlumatda bildirilib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.