Prokurorluğun məlumatına görə, dələduzluq, saxta sənədlərin
hazırlanması və istifadəsi faktları ilə bağlı bir nəfərə ittiham
irəli sürülüb.
Qurumun bildirdiyinə görə, Daxili İşlər Nazirliyi tərəfindən
aparılan istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs
“Rustavi 2007” Mənzil Tikinti Kooperativinə məxsus daşınmaz əmlakı
qanunsuz mənimsəmək məqsədilə saxta məlumatlar ehtiva edən
kooperativ yığıncaqlarının protokollarını hazırlayaraq Milli
İctimai Reyestr Agentliyinə təqdim edib. Bu
protokollar əsasında
daşınmaz əmlak hüquqlarının qeydiyyatını həyata keçirən qurumu
aldadaraq, təqsirləndirilən şəxs kooperativə məxsus dəyəri 1 321
400 lari olan, ümumi sahəsi 641,20 kv.m olan yaşayış və kommersiya
sahələrinə dələduzluq yolu ilə sahib olub.
“Ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin
üçüncü hissəsinin ‘b’ bəndi (dələduzluq, yəni özgə əmlakını
qanunsuz mənimsəmək məqsədilə aldadaraq ələ keçirmə, iri məbləğdə
törədildikdə) və 362-ci maddənin ikinci hissəsinin ‘b’ bəndi (saxta
rəsmi sənədin hazırlanması və istifadəsi, nəticəsində əhəmiyyətli
ziyanın vurulması) ilə ittiham irəli sürülüb. Bu maddələr 9 ilədək
azadlıqdan məhrum etmə cəzasını nəzərdə
tutur.
Prokurorluq artıq məhkəməyə təqsirləndirilən şəxs
barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim
edib.
İstintaq cinayətdə mümkün digər iştirakçıların müəyyən olunması
məqsədilə davam edir,” – deyə qurum bildirir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.